Dünən Qusar rayonunda keçirilən Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində YAP Qusar rayon təşkilatının sədri David İbrahimxəlilov, millət vəkili Azər Badamov Mucuq və Düztahir kənd seçiciləri ilə görüşlər keçirmişlər. Görüşdə YAP Qusar rayon təşkilatının sədri D.İbrahimxəlilov çıxış edərək, Cənab İlham Əliyevin son 10 illik prezidentliyi dövründə Azərbaycan dövlətinin daha da inkişaf edərək regionun ən qüdrətli ölkəsinə çevrildiyini, Azərbaycan xalqı üçün hətta mümkünsüz görülən çox önəmli işlərin həyata keçirdiyini və dünyada analoqu olmayan proqramların reallaşdırıldığını bildirdi. D.İbrahimxəlilov seçiciləri fəal olmağa və 9 oktyabr seçkilər günü məntəqələrə gedərək Cənab İlham Əliyevə səs verməyə çağırdı.
Millət vəkili Azər Badamov isə çıxışında Cənab İlham Əliyevin 10 il ərzində gördüyü xeyirxah gərəkli işlərdən danışdı. Bildirdi ki, Cənab İlham Əliyevin dünya siyasi arenasında apardığı qlobal siyasətinin nəticəsidir ki, Azərbaycan dünyanın ən tanınmış ölkələri arasında aparıcı yer tutur: "Məhz Onun apardığı misilsiz siyasət nəticəsində dünyanın ən mühüm tədbirləri Azərbaycanda keçirilir və ilk dəfə olaraq Azərbaycanda Avropa olimpiya oyunları keçiriləcək".
Görüşdə Mucuq kənd sakinləri adından Yavər Əliquliyev, Nəzifə Qaflanova, Aydın Sultanov və Düztahir kənd sakinləri adından Cəlaləddin Bayramov, Tamam Əliverdiyeva, Ədalət Qarayev çıxış edərək birmənalı olaraq bildirib ki, hər bir kəs 9 oktyabr tarixində seçki məntəqələrinə gedərək ən doğru seçimi edərək, Cənab İlham Əliyevə səs verərək öz gələcəyini təminat altına alacaq, öz dövlətini yenidən ən etibarlı əllərə təhvil verəcəkdir: "Biz inanırıq ki, 9 oktyabr tarixi Cənab İlham Əliyevin yenidən Prezident seçildiyi gün kimi tariximizin ən şərəfli səhifələrindən biri olacaqdır, bu, həm də Azərbaycan xalqının bundan sonrakı inkişafının davamı olacaqdır. Ona görə də, Azərbaycan xalqı üçün taleyüklü məsələ olan prezident seçkisində Qusar rayonunun hər bir sakini yekdilliklə dünyanın ən humanist siyasətçisinə, ən tərəqqipərvər Prezidentinə səs verəcək".
Samir