PDF Oxu

Siyasət

  • 8

Azərbaycanı inamla qələbələrə aparan lider

Azərbaycanı inamla qələbələrə aparan lider

Zərdablılar YAP-ın namizədinin yenidən Prezident olacağına inanır

Oktyabrın 9-da keçiriləcək prezident seçkiləri öncəsi Yeni Azərbaycan Partiyasının təbliğat-təşviqat kampaniyası çərçivəsində respublikanın müxtəlif rayonlarında keçirilən tədbirlər planına uyğun olaraq uğurla davam edir. Kampaniya çərçivəsində YAP Zərdab rayon təşkilatının Seçki Qərargahı seçicilərlə növbəti görüşlərini Qoruqbağı kəndinin seçiciləri ilə keçirib. Qeyd edək ki, Qoruqbağı kənd əhalisinin sayı 1759, seçicilərin sayı 1197 nəfərdir. Görüşdə YAP Xərdab rayon təşkilatının sədri Pərvin Mahmudova, Milli Məclisin deputatı, Filologiya elmlər doktoru, professor Jalə Əliyeva, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor İsa İsayev, İqtisad elmləri doktoru, professor Damət Bağırov iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan YAP Zərdab rayon təşkilatının sədri Pərvin Mahmudova son 10 il ərzində Cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən sosial islahatlar, inkişaf siyasəti haqqında məlumat verib: "Azərbaycanın günü-gündən inkişafını hər kəs görür. Bu danılmaz faktdır. Xalqımızın hər bir nümayəndəsi əldə olunmuş uğuru öz həyatında, yaşayışında hiss edir". Pərvin Mahmudova, həmçinin, onu da bildirib ki, zərdablılar növbəti beş ildə də Cənab İlham Əliyevi dövlət başçısı kimi görmək istəyir və seçkilərdə ona səs verəcəklər.

Daha sonra Milli Məclisin deputatı Jalə Əliyeva çıxış edərək qeyd edib ki, Yeni Azərbaycan Partiyası qələbələr, zəfərlər partiyasıdır: "Bu qələbələri şərtləndirən əsas amillərdən biri də YAP-ın prezidentliyə namizədinin alternativsiz olmasıdır. Cənab İlham Əliyevin apardığı düzgün siyasətin nəticəsidir ki, bu gün ölkəmizin bütün regionlarında inkişaf yüksək səviyyədə getməkdədir. YAP hər zaman seçki kampaniyalarına yüksək səviyyədə hazırlaşır və təbliğat-təşviqat kampaniyalarını uğurla aparır".

Görüşdə seçicilər adından kənd ağsaqqalı Mustafa Mustafayev, kənd kitabxanasının müdiri Rəsmiyyə Əhmədova və başqaları çıxış edərək 9 oktayabr prezident seçkilərində Cənab İlham Əliyevə səs verəcəklərini bəyan ediblər.

İntizarə Məmmədova

Digər xəbərlər