PDF Oxu

Siyasət

  • 5

Sərraf Balaxan: “Ələkrəm Hümbətovun Ermənistana olan səfərinin adı xəyanətdir”

Sərraf Balaxan: “Ələkrəm Hümbətovun Ermənistana olan səfərinin adı xəyanətdir”

"Bir çox problemlərin artıq qlobal xarakter daşıdığı dünyada heç bir insan SPİD, narkotik kimi bəlalardan, heç bir ölkə terrordan, heç bir xalq isə özünün yetişdirdiyi xəyanətkarlardan sığortalı deyil. Azərbaycan xalqı tarixən öz içərimizdən çıxan xəyanətkarların qurbanına çevrilib, ən böyük mübarizələr belə vətən xainlərinin iyrənc işlərinə görə nəticəsiz qalıb. Azərbaycan xalqının tarixinə nəzər yetirdikdə belə anti-qəhrəmanların az olmadığını görə bilərik. Hələ "Kitabi-Dədə Qorqud" dastanında oğuzların halından düşmənin anındaca xəbər tutması, Xanlıqlar dövründə xanların bir-birilərini düşmən əlinə verməsi, Qarabağ müharibəsindəki Daşaltı əməliyyatının acı nəticəsi və s. Bu faktlar sırasına gözlənilən bir fakt də əlavə olundu- daim öz çirkin niyyəti, Azərbaycanı parçalamaq istəyi ilə ad çıxaran Ələkrəm Hümbətovun ermənilərlə açıq-aşkar işbirliyi! Bu adam real bir Don Kixotdur". Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin Ofisinin rəhbəri Sərraf Balaxan Ələkrəm Hümbətovun erməni separatçılarına qucaq açması məsələsinə münasibət bildirərkən deyib.Sərraf Balaxanın sözlərinə görə, onun uğrunda mübarizə apardığı "dəyər" artıq uzun illərdir azərbaycançılıq məfkurəsinə bürünüb: "İndi millətinin yüksək rifahı üçün daima inkişaf edən, ərazisində yaşayan bütün fərqli mədəniyyət, dil və din daşıyıcılarına eyni konstitusion hüquq tanıyan Azərbaycan dövləti vardır: "Ələkrəm Hümbətovun Ermənistana olan bu səfərinin bir adı var – xəyanət. Bu xəyanət həm vətənə, həm xalqa, həm dilə, həm dinə, həm də ki öz vətəni uğrundan canından keçmiş vətən övladlarının ruhuna, şəhid analarının dərddən ağaran saçına xəyanətdir. Bu gün dünyada öz nufuzunu daima yüksəldən Azərbaycan dövlətinin ən böyük amallarından biri də torpaqlarımızın 20 faizini işğal altında saxlayan, xalqımıza tarixən olmazın əzab və əziyyətlər verən murdar erməni xislətinin ifşasıdır. Amma belə bir məqamda Əkrəm Əylisli kimi "əzabkeş erməni xalqından" dastan bağlayan, Ələkrəm Hümbətov kimi öz təhtəlşüurunda qalmış uşaqlıq zədəsini sağaltmağa çalışan, bunu xalqına, millətinə xəyanətlə edənlər dərin təəssüf doğurur. Ələkrəm Hümbətovun Ermənistanda ona ünvanlanan suala Azərbaycan dilində cavab verməkdən imtina etməsi isə, anti-qəhrəmanlığının ifşasıdır. Bu insanların mövcudluğu güclü Azərbaycan üçün heç bir təhlükə doğurmur. Əksinə, xalq və dövlət xaricdən gələn təhlükələrlə yanaşı, daxilimizdə olan belə xəyanətkarlardan da xəbərdar olur".

sia.az

Digər xəbərlər