PDF Oxu

Siyasət

  • 6

Əhməd Davudoğlu: Cənub qaz kəməri regionları birləşdirəcəkdir

Əhməd Davudoğlu: Cənub qaz kəməri regionları birləşdirəcəkdir

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Nyu-Yorkun məşhur "Astoriya" otelində Xəzər Strateji Araşdırmalar İnstitutu tərəfindən təşkil edilmiş Xəzər Forumunda məruzəçi qismində çıxış edərək bildirmişdir ki, "Cənub qaz dəhlizi" Qafqaz regionu ilə Balkanları, Xəzər dənizi ilə Aralıq dənizini birləşdirərək bu coğrafiyadakı dövlətlərin təhlükəsizliyini təmin edəcəkdir.

Türkiyəli nazir demişdir ki, Avropanın enerji təminatına ehtiyacı vardır. Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz" yatağından hasil ediləcək qazın Trans-Anadolu qaz kəməri (TANAP) ilə Avropaya ixracı bu qitənin enerji təhlükəsizliyini təmin edəcəkdir.

Əhməd Davudoğlu bu dəhlizin yalnız enerji deyil, eyni zamanda, bir sülh dəhlizi olduğunu da vurğulamışdır.

Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin əhəmiyyətindən danışan Ə.Davudoğlu qeyd etmişdir ki, rəsmi Bakının təşəbbüsü ilə reallaşdırılan bu dəmir yolu Azərbaycandan başlayaraq, Gürcüstandan və Türkiyədən keçərək Londona qədər uzanacaqdır. Bu polad yol ərazisindən keçən ölkələrin iqtisadi inkişafına, ticarət əlaqələrinin genişlənməsinə səbəb olacaqdır.

Nazir bildirmişdir ki, TANAP layihəsi Türkiyənin strateji əhəmiyyətini artıracaqdır.

Forumda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin, bp, "Statoil", "Total", "Türkiyə Petrolları", BOTAŞ və digər iri neft şirkətlərinin nümayəndələri iştirak etmişlər.

yap.org.az

Digər xəbərlər