PDF Oxu

Siyasət

  • 11

"5274 seçki məntəqəsi dayanıqlı rabitə ilə telefonlaşdırılıb"

"5274 seçki məntəqəsi dayanıqlı rabitə ilə telefonlaşdırılıb"

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov MSK-da yerləşən veb-kameralara texniki baxış mərkəzini ziyarət edib. SİA-nın xəbərinə görə, onlar seçki posesində İKT-dən istifadənin genişləndirilməsi ilə bağlı Prezident İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq görülən işlərlə tanış olublar.Rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov bildirib ki, seçkilərin keçirilməsində İKT-nin imkanlarından geniş istifadə olunur: "Bu il 125 ərazi seçki dairəsindən MSK ilə birbaşa əlaqəsi tamamilə optik kabellər vasitəsi ilə həyata keçiriləcək. MSK-nın binasında ağıllı lövhə yığılaraq dairələrdən alınan məlumatların bir başa görüntü imkanları yaradılıb. Veb-kameraların sayı 1000-ə çatdırılaraq daha da artırılma imkanına malik olan tamamilə modern texnologiyalar ilə yenilənib. Bütün 1000 ədəd kameraya MSK binasında baxış və məlumat mübadiləsi keyfiyyətinə nəzarət imkanları yaradılıb".İ.Məmmədov vurğulayıb ki, bu kameralar Azərbaycanın bütün regionlarını əhatə edir: "Bundan əlavə, 5274 seçki məntəqəsində dayanıqlı rabitə ilə telefonlaşdırılıb. Dairə Seçki Komissiyalarından informasiyanın ötürülməsi üçün fiber-optik xətt vasitəsilə dayanıqlı rabitə yaradılıb. Buraya ümumi 300 km üzunluğundan kabel xətlər çəkilib. Bu rabitə Naxçıvan Muxtar Respublikası və Türkiyəni də əhatə edir".İ.Məmmədov bildirib ki, Xüsusi Dövlət Mühafizə Xidməti və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi video görüntüləri yayan saytın tam təhlükəsizliyinin təmin olunması üçün birgə işlər görür.MSK-nın İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov mərkəzin səsvermə günü işlək mexanizmi haqda danışaraq bildirib ki, seçki prosesi zamanı seçici siyahısı ilə bağlı mərkəzə 4035 müraciət daxil olub. Bunlardan 355 müraciət anonim olduğundan onların müraciətinin təminatı mümkün olmayıb.MSK sədri rabitə və informasiya texnologiyaları nazirliyi tərəfindən görülən işləri yüksək qiymətləndirib. Bildirib ki, görülən işlər seçki prosesinin şəffaflığının təmin olunması baxımdan mühüm əhəmiyyətə malikdir.Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov isə qeyd edib ki, ölkədə İKT-nin inkişaf etdirilməsinə dair prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, MSK-da da müasir İKT sisteminin tətbiqi genişləndirilib: "Səsvermə günü seçki məntəqələrində prosesə nəzarət etmək üçün quraşdırılmış veb-kameralara nəzarət sistemi müasir texnologiyalarla təmin edilib və tam hazır vəziyyətdədir, məntəqələr rabitə və informasiya texnologiyaları ilə təchiz edilib".

sia.az

Digər xəbərlər