PDF Oxu

Siyasət

  • 9

Qusarda seçicilərlə görüşlər davam edir

Qusarda seçicilərlə görüşlər davam edir

YAP Qusar rayon təşkilatı Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşləri davam etdirir. SİA-nın məlumatına görə, kampaniya çərçivəsində növbəti görüşlər rayonun Böyük Muruq və Əcəxür kəndlərində keçirilib.Görüşlərdə çıxış edən YAP rayon təşkilatının sədri David İbramxəlilov və millət vəkili Azər Badamov rayon ictimaiyyətini 9 oktyabarda keçiriləcək seçkilərdə iştirak edərək, hakim partiyanın namizədi İlham Əliyevə səs verməyə çağırıblar.Böyük Muruq və Əcəxür kənd sakinləri adından Əyub Carullayev, Əzizə Səlimxanova, Vüqar Vəlimətov, Abubəkər Qədirov və Şəfiqə Balamətova çıxış edərək bildiriblər ki, Prezident seçkilərində İlham Əliyevə səs verəcəklər.

sia.az

Digər xəbərlər