PDF Oxu

Siyasət

  • 16

Şamaxıda təbliğat-təşviqat kampaniyası davam edir

Şamaxıda təbliğat-təşviqat kampaniyası davam edir

Şamaxı rayonunda YAP-ın namizədi İlham Əliyevin seçki qərargahının üzvləri rayonun təhsil və səhiyyə işçiləri ilə növbəti görüşlərini keçirib. SİA-nın məlumatına görə, görüşdə çıxış edən rayon təşkilatının sədri Bəxtiyar Abbasov bildirib ki, cənab İlham Əliyev son 10 ildə Azərbaycan üçün sürətli inkişaf tempi yaratmaqla, dünya ölkələri içərisində nüfuzumuzu və qüdrətimizi artırıb.O, həmçinin qeyd edib ki, insanların sosial vəziyyəti günbəgün yaxşılaşır, həyat səviyyəsi yüksəlir: "Məhz bu amillərə görə, xalq onu özünün böyük dövlət xadimi hesab edir və bu seçkilərdə yalnız İlham Əliyevə səs verəcək".Görüşdə həmçinin Dövlət İdarəetmə Akademiyasının prorektoru Əlikram Abdullayev də iştirak edib. YAP Şamaxı rayon təşkilatının seçki qərargahının üzvləri Tünzalə Yusifova, Aydın Alcanov və Anar Abbasov da seçiciləri 9 oktyabrda keçiriləcək prezident seçkilərində cənab İlham Əliyevə səs verməyə çağırıblar.

sia.az

Digər xəbərlər