Bu gün Yeni Azərbaycan Partiyasının Səbail (YAP) rayonu üzrə Seçki Qərargahında hakim partiyanın prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində müxtəlif tərkibli seçicilərlə görüş keçirilib. SİA-nın məlumatına görə, sual-cavab formasında keçirilən görüşdə YAP Səbail rayon təşkilatının sədri, professor Zahid Qaralov, təşkilatın rəsmiləri, Ağsaqqallar Şurasının nümayəndələri, alimlər, qadın təşkilatlarının nümayəndələri, gənclər, 91-lər, Badamdar qəsəbə sakinləri və digərləri iştirak ediblər.Görüşdə çıxış edən YAP Səbail rayon təşkilatının sədri professor Zahid Qaralov bildirib ki, keçirilən tədbirin əsas məqsədi seçki prosesinin gedişatı, təbliğat-təşviqat kampaniyası çərçivəsində ortaya çıxan problemlərlə bağlı fikir mübadiləsi aparmaqdır.Ölkəmiz əleyhinə çıxış edənləri təəssüflə qeyd edən Z. Qaralov vurğulayıb ki, bəziləri ölkə rəhbərinin humanistliyindən istifadə edərək ona və ailəsinə qarşı ləyaqətsiz fikirlər səsləndirirlər: "Çox təəssüf ki, bəzi namizədlər növbəti 5 ildə görmək istədikləri işlərdən danışmaq əvəzinə, şər, böhtan atmaqla məşğuldurlar. Onlar ölkə başçısına təhqiredici fikirlər səsləndirirlər. Biz debatları izlədikdə görürük ki, həmin namizədlərin çıxışı böhtanla başlayır. Xüsusilə də Cəmil Həsənli "Milli Şura" adlanan ölü qurumun adından ağzına gələni danışır. Sözügedən qurumun arxasında duranlar öz çirkin əməllərini yerinə yetirmək üçün bədbəxt Cəmil Həsənlidən istifadə edirlər. Cəmil Həsənli millət vəkili olan zaman Ulu öndər Heydər Əliyev, Prezident İlham Əliyev haqqında ağız dolusu danışırdı. İndi isə müəyyən qüvvələrin təsiri ilə dediklərini təkzib edir. O, hazırda universitetdə dərs deyir. Mən həmin universitetin rektorundan xahiş edəcəm ki, onun apardığı dərs proqramı yoxlanılsın. Allah bilir, o auditoriyaya girəndə nələr danışır! Tarix, ədəbiyyat kiminsə maraqlarına uyğun deyil, elmə əsaslanmalıdır".Tədbirin davamında seçicilər seçki prosesi ilə bağlı müxtəlif sual və təkliflərlə çıxış ediblər.
sia,az