"Əhali seçki prosesində fəallıq göstərir. Gəldiyimiz nəticəyə görə, əhalinin əksəriyyəti hakim partiyanın prezidentliyə namizədi cənab İlham Əliyevi dəstəkləyəcək". Bu sözləri SİA-ya açıqlamasında YAP Səbail rayon təşkilatının sədri, professor Zahid Qaralov deyib. O bildirib ki, 9 oktyabrda keçiriləcək prezident seçkiləri YAP-ın xeyrinə olacaq.Onun sözlərinə görə, Azərbaycanın sonrakı inkişafını yüksək səviyyədə görmək istəyən hər kəs Prezident İlham Əliyevə səs verəcək: "Hər bir vətəndaş ölkəmizin beynəlxalq nüfuzunun daha da artmasını, günü-gündən inkişaf etməsini, eyni zamanda ərazi bütövlüyümüzün təmin olunmasını istəyir. Bu proseslər də, məhz Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət əsasında mümkündür. Ölkə əhalisi bu siyasəti dəstəklədiyi üçün səsini Prezident İlham Əliyevə verəcək".Z. Qaralov vurğulayıb ki, ölkədəki seçki prosesi demokratik, şəffaf şəkildə həyata keçirilir: "Bu prosesdə bütün namizədlər üçün eyni şərait yaradılıb. Seçkilərə 1000 nəfəri xarici olmaqla, ümumilikdə 40 minə yaxın müşahidəçi cəlb olunacaq. Onlar seçkiqabağı təbliğat- təşviqat kampaniyasını izləyir, seçki prosesinin normal şəkildə davam etdiyini bildirirlər".
sia.az