PDF Oxu

Siyasət

  • 11

Xalq Prezident İlham Əliyevə inanır

Xalq Prezident İlham Əliyevə inanır

Kürdəmir rayonunda Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası davam edir. SİA-nın məlumatına görə, bu gün rayonun Mərkəzi Rayon Xəstəxanası, Elektrik Şəbəkəsi və Poçtamtın kollektivləri ilə görüş keçirilib.Görüşdə YAP-ın rayon təşkilatı üzrə təbliğat qrupunun üzvləri iştirak ediblər. Seçicilərlə görüşdə YAP Kürdəmir rayon təşkilatının sədri Ağali Kərimli çıxış edərək, seçiciləri 9 oktyabrda cənab İlham Əliyevə səs verməyə çağırıb. O, çıxışında 10 il ərzində İlham Əliyevin rəhbərliyi altında əldə olunan nailiyyətlərdən, bu dövr ərzində Azərbaycanda, eləcə də Kürdəmirdə görülən abadlıq-quruculuq işlərindən danışıb və bu seçkilərdə də hər kəsi alternativsiz namizəd olan İlham Əliyevə səs verməyə çağırıb.Çıxış edən təbliğat qrupunun üzvləri Elmira Şıxəliyeva, Yaqut Əşrəfova, seçicilərdən həkim Sabir Novruzov, Zahid Əhmədov və digərləri ölkəmizdə gedən dinamik inkişafdan danışıblar: "Övladlarımızın işıqlı sabahları, nurlu və sağlam gələcəkləri yalnız İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində mümkündür. İnanırıq ki, hər kəs seçki günü məntəqələrə gələrək İlham Əliyevə səs verəcək. Çünki xalq ölkə başçısı İlham Əliyevə inanır".

sia.az

Digər xəbərlər