Azərbaycan xalqı bir daha tarixi seçimini edəcək
Azadlıq, müstəqillik həm ayrıca bir vətəndaş üçün, həm də bütöv xalqlar, millətlər üçün ən müqəddəs, ən şirin nemətdir. Biz azadlığımızın, müstəqilliyimizin yolunu illərlə gözləmişik, mübarizə aparmışıq, bu yolda minlərlə şəhid vermişik. Azadlığı, müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq bir o qədər mürəkkəb və ağır məsələdir. Qüdrətli və möhkəm dövlət olmadan azadlıq və müstəqillik də yoxdur.
Bəşəriyyətin yetirdiyi Heydər Əliyev kimi nadir dühalar isə özləri bütöv bir salnamə, tarix yaratmağa qadir olurlar. Ulu Öndərin Azərbaycanın müdrik rəhbəri kimi çoxşaxəli fəaliyyəti, vətən və xalq qarşısındakı ölçüyəgəlməz misilsiz xidmətləri dahi şəxsiyyətlərin tarixin gedişində həlledici rol oynadıqlarını əyani şəkildə təsdiqləyən ən dəyərli nümunələrdəndir. 1993-cü ildə Azərbaycanda vətəndaş müharibəsi təhlükəsi yarandı. Vətənin belə ağır günündə xalq Naxçıvandan Azərbaycanın görkəmli oğlu, Ulu Öndər Heydər Əliyevi Bakıya dəvət etdi. Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin dəvətini qəbul edib, iyunun 9-da Bakıya gəldi. Heydər Əliyev çox qısa zamanda Azərbaycanda vətəndaş müharibəsinin qarşısını ala bildi.
Bu gün Ümummilli Liderimiz Heydər Əliyev ideyaları, siyasi xətti bu gün də yaşayır, qalib gəlir və bu siyasi kursun layiqli davamçısı ölkə Prezidenti İlham Əliyevin rəhbərliyilə Azərbaycan son on ildə sürətlə inkişaf edərək, regionun lider dövlətinə çevrilmişdir. Hazırda ölkəmizdə həyata keçirilən irimiqyaslı layihələr isə respublikamızın beynəlxalq aləmdə nüfuzunu daha da artırmaqdadır.
Yeni Azərbaycan Partiyasının V qurultayında İlham Əliyev o dövrü xatırlayaraq və yüksək dəyərləndirərək demişdir: "1993-cü ildən başlayaraq ölkədə bütün xoşagəlməz hallara son qoyuldu, sabitlik yarandı, vətəndaş müharibəsinə son qoyuldu, inkişaf, sabitlik, quruculuq, dövlətçilik dövrü başlandı. Yeni Azərbaycan Partiyasının əsas ideoloji dayaqları müstəqillikdir, azərbaycançılıqdır, müasirlikdir, inkişafdır, sosial rifahdır, iqtisadi və siyasi islahatlardır..."
Artıq prezident seçkiləri elə də uzaqda deyil. Oktyabrın 9-da Azərbaycan xalqı növbəti dəfə öz taruxu seçimini edəcək. Məhz bu baxımdan, əminliklə qeyd etmək lazımdır ki, Azərbaycan seçiciləri ölkəmizdə keçirilən prezident seçkilərinə çox böyük maraq nümayiş etdirir və keçirilən seçkilər insanların yüksək fəallığı ilə yadda qalacaq.
Beləliklə, həm çox etimadlı və demokratik seçki qanunvericiliyinin olması, həm ölkədə prezident seçkilərinin demokratik normalara və beynəlxalq standartlara uyğun keçirilməsi üçün lazım olan bütün tədbirlərin görülməsi, həm də Azərbaycan vətəndaşlarının ölkədə keçirilən seçkilərə böyük marağının olması bu seçkilərin Azərbaycan xalqının iradəsini ifadə edəcək formada keçiriləcəyinə təminat verən cəhətlərdir. Söz yox ki, Azərbaycan xalqı bir daha tarixi seçimini etməklə, daha firavan həyata, daha xoşbəxt gələcəyə səs verəcək ki, bu faktor xalqın böyük əksəriyyətinin Cənab İlham Əliyevi dəstəkləyəcəyini, Onun zəfər qazanacağını sübut edir.
Ölkə Prezidenti İlham Əliyevin ötən 10 ildə Azərbaycanda həyata keçirdiyi genişmiqyaslı layihələr, gördüyü işlər, Azərbaycanın bütün sahələrində əldə olunmuş nailiyyətlər dayanır. Görülən bu işlər Azərbaycan vətəndaşlarında İlham Əliyevə böyük inam yaradıbdır və Azərbaycan seçiciləri öz inamlarını bu seçkilərdə dövlət başçısını dəstəkləyərək göstərəcəklər. Azərbaycan vətəndaşlarının bu seçimi ölkəmizin inkişafına, Azərbaycanın gələcəyinə, firavan həyatının təmin edilməsinə yönəlmiş qərarıdır. Növbəti 5 ildə Cəbab İlham Əliyevin həyata keçirdiyi siyasət davam edəcək və Azərbaycan daha böyük nailiyyətlərə, uğurlara imza atacaq.
Bir sıra müxalifət partiyalarınin cəmləşdiyi qurumlar və həmin qurumlarda fəaliyyət göstərən "liderlərin" zəiflikləri bu günlərdə onların keçirdikləri mitinqlərdə də özünü sərgiləyir. Çünki xalq onları 20 il əvvəl görüb və söz yox ki, belələri Azərbaycan xalqı tərəfindən dəstəklənmir. Belələri düşünürlər ki, əgər ölkədə seçkilər keçirilirsə, daha çox qalmaqal, daha çox səs-küy, qarşıdurma olmalıdır. Amma nəzərə almaq lazımdır ki, seçkilər ölkənin təkrarlanan və əhəmiyyətli, eyni zamanda, adiləşən bir hadisəsidir. Bu baxımdan da qeyd etmək lazımdır ki, müxalifətin istənilən cəhdləri öz uğursuzluğu ilə yadda qalacaq.
Bu gün heç kimə sirr deyil ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın qüdrətli dövlətə çevrilib, ölkə əhalisinin rifah halı gündən-günə yaxşılaşıb.
Sosioloji sorğuların nəticələrinə görə, 9 oktyabr seçkilərində əhalinin 80 faizindən çoxu Cənab İlham Əliyevi dəstəkləyəcək. Ona görə ki, Cənab İlham Əliyevin hakimiyyəti dövründəki Azərbaycan hərtərəfli inkişafa, daxili sabitliyə, kosmik sənayeyə, insanlar üçün firavan həyata, işsizliyin və yoxsulluğun aradan qaldırılmasına nail olmuşdur. Bu uğurlar Azərbaycan Prezidentinin dövlətçilik bacarığının və rəhbərlik qabiliyyətinin nəticəsidir. Azərbaycanın son on ildəki hərtərəfli inkişafı və bu sahədə İlham Əliyevin düşünülmüş, uğurlu siyasəti və məqsədyönlü fəaliyyəti Onun qələbəsini təmin edəcəkdir. Tam qətiyyətlə bildiririk ki, Cənab İlham Əliyev yenə də ümumxalq dəstəyi ilə seçki marafonunun qalibi olacaq. Çünki İlham Əliyevin uğurları dünya üçün nümunə, Azərbaycan üçün qürurdur! Məhz buna görə də, İlham Əliyev hər bir Azərbaycan vətəndaşının məhəbbət və rəğbətini doğma xalqına göstərdiyi misilsiz xidmətləri, səmimi münasibətilə qazanmışdır.
Cənab İlham Əliyev bizim alternativsiz liderimizdir və növbəti 5 illikdə yenə də Prezidentimiz olacaq!
BƏXTİYAR ABBASOV,
YAP Şamaxı rayon təşkilatının sədri