BMT Baş Məclisinin 68-ci sessiyasında iştirak edən Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" proqramına daxil olan dövlətlərin xarici işlər nazirləri səviyyəsində keçirilmiş görüşdə iştirak etmişdir.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, görüş zamanı tərəflər qarşıdan gələn Vilnüs zirvə görüşünün gündəliyini müzakirə etmiş və imzalanacaq sənədlər barəsində fikir mübadiləsi aparmışlar.
E. Məmmədyarov Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində qurulmuş strateji əməkdaşlığın digər sahələrə də tətbiq edilməsinin vacibliyini qeyd edərək, bu istiqamətdə əlaqələrin dərinləşdirilməsinin əhəmiyyətini vurğulamışdır.
yap.org.az