PDF Oxu

Siyasət

  • 15

Məzahir Pənahov: "Seçki bülletenlərinin məntəqələrə paylanma prosesi oktyabrın 4-dək tam yekunlaşacaq"

Məzahir Pənahov: "Seçki bülletenlərinin məntəqələrə paylanma prosesi oktyabrın 4-dək tam yekunlaşacaq"

"Azərbaycanda keçiriləcək prezident seçkiləri tam şəffaf və vətəndaşlarımızın konstitusion hüquqlarının qorunması çərçivəsində həyata keçiriləcək". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlaması zamanı Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.M.Pənahov əlavə edib ki, seçki mərhələsi artıq yekunlaşma mərhələsinə yaxınlaşır: "Seçki prosesinin əsas məqamlarından biri də bülletenlərin hazırlanması mərhələsidir. Təqvim planına əsasən, seçki bülletenlərinin çapına prezidentliyə namizədlərin tam müəyyənləşməsindən sonra start verilib. Prezidentliyə namizədliyi irəli sürülən namizədlərin ideyasına əsasən sonuncu məhkəmə prosesi dünən Ali Məhkəmədə baxılaraq yekunlaşıb. Ona görə də qərarə aldıq ki, namizədlərin adı ilə bülletenlərin çapına başlanılsın. Seçki bülletenlərinin hazırlanmasında bütün meyarlar nəzərə alınaraq çap edilir. Artıq seçki bülletenləri nömrələnib və onların hamısının tam hesabatı hazırlanıb".Bülletenlərin çapı prosesinə hazırlıq mərhələsinin də tam yekunlaşdığını diqqətə çatdıran M.Pənahov bildirib ki, səsverməyə 5 gün qalmışa qədər bülletenlər dairə seçki komissiyalarına tam təqdim olunacaq: "Səsverməyə 3 gün qalmışa qədər isə seçki bülletenləri məntəqə seçki komissiyalarına çatdırılacaq. Hesab edirəm ki, oktyabrın 4-də qədər bu proses tam yekunlaşacaq".MSK sədri əlavə edib ki, seçki bülletenlərinin seçki məntəqələrinə paylama prosesi paralel olaraq həyata keçiriləcək və bu mərhələdə beynəlxalq nümayəndələrin də iştirakı problemsiz olaraq təmin olunacaq.M.Pənahov qeyd edib ki, protokolların paylanması prosesi də eyni mənbədən həyata keçiriləcək və hər seçki məntəqəsinə 30 nüsxə protokol nümunəsi paylanacaq.

sia.az

Digər xəbərlər