PDF Oxu

Siyasət

  • 15

Musa Quliyev: “Müxalifətin siyasi əxlaqı, mənəviyyatı və düşüncəsi artıq ortadadır”

Musa Quliyev: “Müxalifətin siyasi əxlaqı, mənəviyyatı və düşüncəsi artıq ortadadır”

"Bu gün "Milli Şura" deyilən qondarma qurumda Azərbaycan müxalifətinin radikal və uğursuz nümayəndələri toplaşıb. Onların indiyədək etdikləri hərəkətlərdə və apardıqları fəaliyyətdə heç bir məntiq, məna, ardıcıllıq yoxdur. Cəmil Həsənli də həmin qurumda təmsil olunan və onların içərisindən çıxan həmin mənəviyyatın, əxlaqın daşıyıcısı olan adamdır". Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi şurasının üzvü, millət vəkili Musa Quliyev müxalifətin xüsusilə Cəmil Həsənlinin, Gültəkin Hacıbəylinin ikiüzlü siyasət aparmasına münasibət bildirərkən deyib.Millət vəkilinin sözlərinə görə, "Milli Şura" tərəfindən Cəmil Həsənlinin namizədliyi irəli sürülərkən hətta bəziləri deyirdilər ki, guya bu insan ziyalı, mədəni və təhsil görən bir adamdır. Hətta o da qeyd edilirdi ki, Cəmil Həsənli ilə siyasi debatlara getmək, müəyyən fikir mübadiləsi aparmaq və s. rahat olardı: "Hesab edirəm ki, ağlı başında, mədəni, siyasi əxlaqı yerində olan adamın "Milli Şura"da yeri yoxdur. Əgər kimsə "Milli Şura"da təmsil olunubsa, bunların hər biri eyni mənəviyyatın, əxlaqın daşıyıcılarıdır. Cəmil Həsənlinin həm debatlardakı çıxışlarında, həm də müsahibələrində söylənilən təhqiramiz ifadələr, eləcə də Prezidentin və onun ailəsinin ünvanına olan şər, böhtanlar bütövlükdə "Milli Şura"da təmsil olunan siyasi qüvvələrin əxlaqının ifadəsidir. Hesab edirəm ki, buna çox da xüsusi önəm vermək lazım deyil. Onlar çox danışdıqca, özlərini ifşa edirlər".Musa Quliyev deyir ki, Azərbaycan xalqı kimin-kim olduğunu gözəl bilir: "Hətta burada Gültəkin Hacıbəyli də müəyyən fəallıq göstərir. Oktyabrın 9-10-dan sonra isə onlar tamamilə başqa cür danışacaq və düşünəcəklər. Bu mənada hesab edirəm ki, onlara çox da fikir vermək lazım deyil. Onların siyasi əxlaqı, mənəviyyatı və düşüncəsi artıq ortadadır. Cəmil Həsənli radikal müxalifət qanadının namizədi olaraq əslində Azərbaycanı gələcəkdə necə görmək və inkişaf etdirmək istəməsi ilə bağlı öz platformasını ortaya qoymalı idi. Amma indiyədək onun nə debatdakı çıxışında, nə müsahibəsində, nə seçicilərlə görüşündə, nə də təşkil etdikləri mitinqlərdə bunlara rast gəlinməyib. Onun söylədikləri ancaq Azərbaycanda hər şeyin pis və qara olmasıdır. Bu insanlar kimin-kim olduğunu yaxşı bilir".

sia.az

Digər xəbərlər