PDF Oxu

Siyasət

  • 10

Xalq sabitliyin və təhlükəsizliyin qarantı olan İlham Əliyevə səs verəcək

Xalq sabitliyin və təhlükəsizliyin qarantı olan İlham Əliyevə səs verəcək

Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində YAP Zərdab rayon təşkilatı Şəhər Mərkəzi Stadionunda möhtəşəm mitinq-konsert keçirilib. SİA-nın məlumatına görə, 10 minə yaxın insanın iştirak etdiyi mitinqdə çıxış edən YAP Zərdab rayon təşkilatının sədri Pərvin Mahmudova bildirib ki, yerlərdə keçirilən təbliğat-təşviqat kampaniyasında xalqımızın mütləq əksəriyyətinin yüksək əhval-ruhiyyə ilə iştirakı cənab İlham Əliyev siyasətinə inamın ifadəsidir: "Şərəfli yol keçmiş Yeni Azərbaycan Partiyasına ümumxalq məhəbbətinin əsasında Ulu Öndər Heydər Əliyevə, onun davamçısı İlham Əliyevə inam və sədaqət dayanır. Buna görə də xalq cənab İlham Əliyevi dəstəkləyir. İnanıram ki, Azərbaycan xalqı 9 oktyabrda bu inamın ifadəsi kimi seçki məntəqələrinə gedərək İlham Əliyevə səs verəcəklər".Milli Məclisin deputatı Jalə Əliyeva isə çıxışında bildirib ki, təbliğat kampaniyasında iştirak edən seçicilər Azərbaycanın gələcək inkişaf yolunu müəyyənləşdirəcək bələdçilərdir: "Keçirilən görüşlərdə seçicilərin yüksək əhval ruhiyyə ilə iştirakı, eyni mövqedən çıxış etmələri bir daha göstərir ki, Azərbaycan xalqı düzgün yoldadır və seçimində haqlıdır. Xalq 9 oktyabrda Azərbaycanın əldə etdiyi uğurların davam etdirilməsi naminə Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevi dəstəkləyəcək".Daha sonra çıxış edən təbliğat qrupunun üzvlərindən Əməkdar elm xadimi, professor İsa İsayev, İqtisad elmləri doktoru, professor Damət Bağırov və Zərdab rayon Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq Mühafizə orqanları Şurasının sədri Hüseyn Həsənov bildiriblər ki, xalqın istəyi Cənab İlham Əliyev siyasətinin davam etdirilməsidir: "Azərbaycan xalqı 2013-cü ildən sonra da Cənab İlham Əliyevi özünün Prezidenti kimi görür. Biz zərdablılar gələcəyimizə, inkişafımıza səs verəcəyik".Keçirilən "Zirvə" toplantısı konsert proqramı ilə davam edib.

sia.az

Digər xəbərlər