"Çox təəssüf ki, bəzi insanlar uğursuzluğa məruz qalan kimi günahlarını qəbul etmək əvəzinə, dərhal müxalifətə keçirlər". Bu sözləri Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı SİA-ya açıqlamasında deyib. O, təəssüflə bildirib ki, belə insanlar dəyişərək, keçmişini unudurlar.Onun sözlərinə görə, həmin insanlar hücumların fəal iştirakçısına çevrilir, qərəzlilik nümayiş etdirməyə başlayırlar: "Cəmil Həsənli Milli Məclisin deputatı olan zaman Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi siyasət, ölkəmizə göstərdiyi xidmətlər haqqında böyük həvəslə çıxış edib. Eyni zamanda o hazırki Prezident İlham Əliyevin də ünvanına xoş fikirlər söyləyib. İndi isə Cəmil Həsənli əqidəsini dəyişir, dediklərinin üzərindən xətt çəkərək ittihamlara əl atır. O, ölkə başçısına qarşı ədalətsiz mövqedən çıxış edərək şər, böhtan nümayiş etdirir. Hazırki Cəmil Həsənli ilə əvvəlki arasında yerlə göy qədər fərq var. Çox təəssüf edirəm ki, hazırda çirkin oyunların içərisində gedən Cəmil Həsənli zamanında həqiqəti etiraf edən tarixçi alim deyil. O, indi intiqamçı, aqressiv Cəmil Həsənlidir. Bugünkü Cəmil Həsənli bir aktyor kimi, arxasında duranların ssenarisini insanlara təqdim edir".
sia.az