PDF Oxu

Siyasət

  • 8

Sabunçu rayonunda səhiyyə işçiləri ilə görüş keçirilib

Sabunçu rayonunda səhiyyə işçiləri ilə görüş keçirilib

Yeni Azərbaycan Partiyası tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Sabunçu rayon səhiyyə sahəsində çalışan seçicilərlə görüş keçirilib. SİA-nın məlumatına görə, görüşdə YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva bildirib ki, İlham Əliyevin 10 illik hakimiyyəti dövründə Azərbaycan dövləti daha da inkişaf edərək regionun ən qüdrətli ölkəsinə çevrilib: "Azərbaycan xalqı üçün hətta mümkünsüz görülən çox önəmli işlər həyata keçirilib. Azərbaycan xalqı gələcək 5 il üçün ölkənin müqəddəratını kimə həvalə edəcəyini artıq müəyyənləşdirib. Xalqın seçimi cənab İlham Əliyevdir. Prezident İlham Əliyevin 10 il ərzində gördüyü işlər bunu deməyə imkan verir".örüşdə, həmçinin YAP Sabunçu rayon təşkilatının sədr müavinləri Məhərrəm Mehrəliyev və Bəxtiyar Qasımov iştirak edərək, ölkəmizdə gedən dinamik inkişafdan danışıblar: "Xalqın sağlam gələcəyi yalnız İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində mümkündür. İnanırıq ki, hər kəs seçki günü məntəqələrə gələrək İlham Əliyevə səs verəcək. Çünki xalq ölkə başçısı İlham Əliyevə inanır".

sia.az

Digər xəbərlər