Ağdaşda Yeni Azərbaycan Partiyası tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin təbliğat-təşviqat kampaniyası uğurla davam edir. SİA-nın məlumatına görə, kampaniya çərçivəsində seçicilərlə keçirilib.Bu gün daha iki görüş rayonun Qaradeyin və Eymur kəndlərində baş tutub. Görüşlərdə çıxış edən YAP Ağdaş rayon təşkilatının sədri Cavid Osmanov, Prezident İlham Əliyevin Ağdaş rayonu üzrə Seçki Qərargahının Təbliğat qrupunun üzvləri İsa Eminov, Sevgili İbrahimova, Miralı Əliyev, Anar Şahmuradov, partiya fəallarından Ellada Yaralıyeva, Seyfəddin Feyzullayev, Gülnarə Ağalarova və digərləri ağdaşlıların gələcəyə İlhamla getdiklərini bildiriblər: "Müasir Ağdaş məhz cənab Prezidentimiz İlham Əliyevin regionlara göstərdiyi yüksək diqqət və qayğı sayəsində gözəl diyara çevrilib. Bu gün Ağdaşda tikinti-quruculuq işləri sürətlə davam edir. Yeni inzibati binaların tikilməsi, yolların təmiri, ölkə ərazisində analoqu olmayan yem zavodunun məhz Ağdaşda tikilməsi görülən işlərdən yalnız bir neçəsidir".Görüş zamanı o da qeyd olunub ki, bu gün rayonun Qolqəti və Ərəbocağı kəndlərində müasir standartlara cavab verən tibb məntəqələrinin açılışı olub.Bütün bunları dövlətimizin öz vətəndaşına diqqəti kimi qəbul edən ağdaşlılar, dövlət başçısı İlham Əliyevin yürütdüyü siyasətə hər zaman sadiq olduqlarını bəyan ediblər: "Azərbaycanın nurlu gələcəyini məhz cənab İlham Əliyev təmin edə bilər. Bu əsasla da ağdaşlıların yalnız bir namizədi vardır ki, o da İlham Əliyevdir".
sia.az