PDF Oxu

Siyasət

  • 11

Qubalıların seçimi dəyişməzdir

Qubalıların seçimi dəyişməzdir

YAP-ın namizədi Cənab İlham Əliyevin Quba rayonu üzrə Seçki Qərargahının nümayəndələrinin rayonun Xucbala və Küpçal kəndlərinin seciciləri ilə görüşü keçirilib

Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası, ölkəmizin hər yerində olduğu kimi, Quba rayonunda da uğurla davam etdirilir. Dünən YAP-ın namizədi Cənab İlham Əliyevin Quba rayonu üzrə Seçki Qərargahının nümayəndələrinin seçicilərlə növbəti görüşü rayonun Xucbala və Küpçal icra ərazi dairələrinin seciciləri ilə olub. Görüşü giriş sözü ilə açan YAP Quba rayon təşkilatının sədri Ədalət Nəbiyev qeyd edib ki, hüquqi və demokratik dövlət quruculuğuna sədaqətli olan ölkəmizdə azad sözə, azad seçkiyə yüksək qiymət verilir: "Bu gün Ulu Öndərin siyasi kursu Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanı dünyaya tanıdan, ölkədə sabitliyi, əmin-amanlığı qoruyub saxlayan, əhalinin rifah halının yüksəlməsində müstəsna xidmətləri olan Cənab İlham Əliyevi xalq dəstəkləyir və prezident seçkilərində Ona səs verəcək". Ə.Nəbiyev seçiciləri fəal olmağa və seçki günü məntəqələrə gedərək Azərbaycanımızın bu günü və sabahl naminə İlham Əliyevə səs verməyə cağırdı.

Görüşdə çıxış edən millət vəkilləri Vahid Əhmədov və Yevda Abramov son 10 ildə ölkədə gedən tərəqqidən, inkişafdan bəhs etdilər. Əldə olunan uğurların Cənab İlham Əliyevin yürütdüyü məqsədyönlü, düzgün siyasətinin bəhrəsi olduğunu qeyd etdilər. Bu inkişafın, əldə olunan nailiyyətlərin davam etdirilməsi üçün seçiciləri 9 oktyabr prezidrent seçkiləri günü məntəqələrə gedərək, Cənab İlham Əliyevə səs verməyə səslədilər.

Görüşdə çıxış edən seçicilər qubalıların seçiminin dəyişməyəcəyini və seçkilərdə Cənab İlham Əliyevə səs verəcəklərini söylədilər.

Cahid Süleymanov

Digər xəbərlər