Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. SİA-nın xəbərinə görə, iclasda "Demokratik Qüvvələrin Milli Şurası"nın prezidentliyə namizədi Cəmil Həsənlinin səlahiyyətli nümayəndələri, Azərbaycan Demokrat, Milli Dirçəliş Hərəkatı və Ümid partiyalarından seçkilərdə vəkil edilmiş şəxslərin qeydiyyatı məsələsinə baxılıb.MSK katibi Arifə Muxtarova komissiyaya həmin şəxlərlə bağlı təqdim olunan sənədlər haqqında məlumat verib. Sonra MSK məsələlərlə bağlı müvafiq qərarlar verib.Daha sonra MSK-ya daxil olmuş müraciətlərə baxılıb.
sia.az