PDF Oxu

Siyasət

  • 10

İlham Əliyev müstəqil Azərbaycanın inkişafının qarantıdır

İlham Əliyev müstəqil Azərbaycanın inkişafının qarantıdır

İsmayıllı rayonunda Yeni Azərbaycan Partiyası tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş İlham Əliyevin təbliğat-təşviqat kampaniyası davam edir. SİA-nın məlumatına görə, kampaniya çərçivəsində YAP İsmayıllı rayon təşkilatı rayonun Gəraybəyli, Aşağı Zərnava kəndlərində seçicilərlə görüş keçirib.Görüşdə çıxış edən YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova bildirib ki, son 10 il ərzində vətəndaşların sosial rifahının yaxşılaşdırılması istiqamətində ciddi irəliləyişlər baş verib: "Əməkhaqları və təqaüdlər dəfələrlə artırılıb, gəlirlərin artımı müşahidə olunub və insanların həyat səviyyəsində müsbət göstəricilər qeydə alınıb. 10 il ərzində Azərbaycanda 1 milyon 200 min yeni iş yeri açılıb. Azərbaycana gələn mötəbər beynəlxalq təşkilatların, o cümlədən dünya dövlətlərinin, xüsusilə də, Asiya ölkələrinin nümayəndələri bu inkişafın nə qədər böyük rezonansa səbəb olduğunu birmənalı şəkildə etiraf edirlər. Bütövlükdə, bütün bunların fonunda insanların həyat səviyyəsinin yaxşılaşdırılması imkanları artırılıb".Rayon təşkilatınnı sədri onu da qeyd edib ki, bütün bu inkişaf göstəriciləri vətəndaşların 9 oktyabrda keçiriləcək seçkilərdə növbəti dəfə cənab İlham Əliyevin lehinə seçim etmələrini şərtləndirəcək.Tədbirdə çıxış edən yerli təbliğat qrupunun nümayəndəsi Hafiz Kərimov qeyd edib ki, 10 il bundan əvvəl proqnoz kimi səslənən məsələlər artıq reallığa çevrilib: "Qazanılan nailiyyətlər Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu inkişaf strategiyasının uğurla icrasına əsaslanır. Bu, ona dəlalət edir ki, insanlar inkişaf siyasətinin davam etməsinin tərəfdarıdırlar, ona görə də, məhz İlham Əliyevə səs verəcəklər".Tədbirdə çıxış edən Gəraybəyli kənd sakinləri Tacəddin Babayev, Kamilə İsayeva, Nəriman Əliyev, Vaqif Məmmədov, Aşağı Zərnava kənd sakinləri Səxavət Camıyev, Daşqın Orucov, Ceyran Cəbrayılova qeyd etdilər ki, ölkə Prezidenti əhalinin arzu və istəkləri ilə bilavasitə maraqlanır, təklif və təşəbbüslərinin reallaşmasını, lazımi tədbirlərin görülməsini yerli idarəetmə orqanlarına əsas vəzifə kimi tapşırır. Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə əldə olunan nailiyyətlər Azərbaycan dövlətinin qüdrətinin artmasında ifadə olunub. Azərbaycan iqtisadi inkişafına, sosial-siyasi sabitliyə, beynəlxalq müstəvidə əldə etdiyi nüfuzuna və mövqeyinə görə güclü, qüdrətli və əzəmətli bir dövlətə çevrilib. Onlar 9 oktyabrda seçkilər günü hamılıqla, yalnız cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər ki, bütün seçicilər məhz Ulu Öndər Heydər Əliyevin siyasi kursunu dəstəkləmək üçün seçki məntəqələrinə gələcəklər.

sia.az

Digər xəbərlər