PDF Oxu

Siyasət

  • 15

AZƏRBAYCANIN GƏLƏCƏK TƏRƏQQİSİ CƏNAB İLHAM ƏLİYEVİN ADI İLƏ BAĞLIDIR

AZƏRBAYCANIN GƏLƏCƏK TƏRƏQQİSİ CƏNAB İLHAM ƏLİYEVİN ADI İLƏ BAĞLIDIR

Təbliğat-təşviqat kampaniyası çərçivəsində Göyçay rayonunda "ZİRVƏ" toplantısı keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Göyçay rayonunda "ZİRVƏ" toplantısı keçirilib. 28 senytabrda 8 min seçicinin iştirakı ilə keçirilən toplantını giriş sözü ilə rayon ağsaqqallar şurasınnı sədri Rasim Hüseynov açaraq son 10 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu və məqsədyönlü siyasətindən bəhs edib: "Təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasət bu gün İlham Əliyev tərəfindən uğur və qətiyyətlə davam etdirilir. Məhz bu uğurlu siyasi strategiyanın nəticəsi olaraq Azərbaycan həm yerləşdiyi regionda, həm də beynəlxalq aləmdə böyük nüfuz qazanıb."

Bütün bunların ölkəmizdə mövcud olan sarsılmaz ictimai-siyasi sabitlik fonunda reallaşdığını bildirən R.Hüseynov Azərbaycanın öz iqtisadi-siyasi qüdrətini artırdıqca, ölkəmizin mövqelərinin daha da möhkəmləndiyini bildirib: "Göyçay sakinləri birmənalı şəkildə Yeni Azərbaycan Partiyasının Sədri Cənab İlham Əliyevi dəstəkləyəcək. Belə ki, rayon ictimaiyyəti dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən inkişaf siyasətini böyük məmnunluqla qarşılayır. Böyük ruh yüksəkliyinin fonunda qeyd edə bilərəm ki, rayonumuzun ictimaiyyəti növbəti dəfə tarixi seçimlərini edərək, İlham Əliyevə etimad göstərəcəklər. Bununla seçicilər inkişafı, firavanlığı və sabitliyi seçmiş olacaqlar".

Daha sonra çıxış edən Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, millət vəkili Şəmsəddin Hacıyev Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətindən, bu siyasətin effektiv nəticələrindən danışıb. Azərbaycanın 10 ildə keçdiyi inkişaf yolunun heç bir dünya dövlətlərində reallaşmadığını bildirən millət vəkili bu amili Cənab İlham Əliyevin mütərəqqi siyasəti ilə əlaqələndirib: "Ölkəmizdə uğurlu sosial-iqtisadi siyasət həyata keçirilir. Bu siyasətin nəticələri hər bir Azərbaycan vətəndaşının həyatında hiss edilir və həmin siyasətin davamlı olacağı şübhəsizdir".

Ş.Hacıyev onu da əlavə edib ki, bu gün müxalifətin heç bir strategiyası, konsepsiyası olmadığı halda, mitinq, küçə yürüşü keçirməklə özlərinin varlıqlarını nümayiş etdirmək istəyirlər: "Lakin xalqımız onların idarəçilik təcrübəsinin olmadığını bilir. Həmin şəxslərin hakimiyyətdə olduqları dövrdə bunu artıq Azərbaycan xalqı görüb. İkinci dəfə xalqı aldatmaq qeyri-mümkündür".

Millət vəkili, həmçinin bildirib ki, bizim namizədimiz - Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev, nəinki bölgədə, bəlkə də Avropada alternativi olmayan bir siyasətçidir: "Belə bir siyasətçinin yenidən prezident seçkilərində qalib gəlməsi heç bir şübhə doğura bilməz. Bu şəxs bütün bizi istəyən və istəməyən qüvvələrin qəbul etdiyi bir şəxsdir. Müxalifət özü də dərk edir ki, Azərbaycana İlham Əliyev səviyyəsində rəhbərlik edən ikinci bir siyasətçi ola bilməz. Ötən 10 il ərzində Azərbaycanda nələrin baş verdiyinə nəzər salsanız, bu uğurların kimin rəhbərliyi altında baş verdiyinə diqqət yetirsəniz, hər halda, bütün dediklərimi daha əsaslı şəkildə müşahidə etmiş olarsınız".

Milli Məclisin deputatı Elton Məmmədov isə "ZİRVƏ" toplantısında çıxış edərək vurğulayıb ki, son illər Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl və səmərəli addımlar atılıb: "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə davamlı islahatlar həyata keçirilir. Təbii ki, əməkhaqlarının, təqaüdlərin artırılması əhalinin güzəranının daha da yüksəlməsi ilə nəticələnir. Bu və digər faktlar sübut edir ki, dövlətimiz insanların sosial rifahının güclənməsini prioritet istiqamət kimi qarşıya qoyub. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət bütün sahələrin inkişafına səbəb olub. Sürətli inkişaf tempi artıq özünü güclü iqtisadiyyatımızın bütün sektorlarında göstərib. Təbii ki, iqtisadi sektorun sürətli inkişafı ölkəmizdə həyata keçirilən sosial siyasətin mühüm istiqamətlərindən birini təşkil edir. Beləliklə, bir daha vurğulamaq istərdim ki, Azərbaycanın gələcək inkişafı məhz Prezident İlham Əliyevin adı ilə bağlıdır. Şübhəsiz, vətəndaşlar bu inkişafın, sabitliyin davam etməsi üçün yenə də Cənab İlham Əliyevə səs verəcəklər. Çünki ölkəmizi parlaq gələcəyə apara biləcək yeganə Lider məhz İlham Əliyevdir".

Daha sonra çıxış edən təbliğat qrupunun üzvü Sahib Şükürov deyib ki, ölkə başçısının rəhbərliyi ilə son illər ardıcıl və sistemli şəkildə həyata keçirilən çoxşaxəli islahatlar bütün strateji əhəmiyyətli sahələrdə əsaslı inkişafa səbəb olub: "Sosial-iqtisadi inkişafın təmin edilməsi, adambaşına düşən ümumi daxili məhsul istehsalının artımı hər bir ölkədə həyata keçirilən iqtisadi siyasətin prioritet xəttini təşkil edir. Bu mənada, Azərbaycan əhəmiyyətli nailiyyətlər əldə edib. Bütün bunları nəzərə alaraq əminliklə deyə bilərəm ki, ölkə seçicilərinin böyük əksəriyyəti birmənalı olaraq bir daha Cənab İlham Əliyevə səs verəcək və Yeni Azərbaycan Partiyasının namizədi növbəti dəfə qalib gələcək".

YAP Göyçay rayon təşkilatı gənclər birliyinin sədri Aytən Nəbiyeva ölkədə aparılan islahatlardan və bu islahatların gənclərə yaratdığı şəraitdən danışıb. Ölkəmizin son 10 ildə inkişaf etdiyini, iqtisadiyyatda qeyri-neft sektorunun payının artdığını deyən A.Nəbiyeva onu da vurğulayıb ki, bu gün gəncliyin inkişafı üçün müxtəlif normativ-hüquqi aktlar qəbul edilir və dövlətin məqsədi sağlam bir gənclik formalaşdırmaqdır. Çıxışında gəncliyi seçkidə iştiraka səsləyən A.Nəbiyeva hər kəsi İlham Əliyevə səs verməyə çağırıb.

Daha sonra digər çıxış edənlər qeyd etdilər ki, əldə edilmiş uğurlar, müvəffəqiyyətlər, əhəmiyyətli inkişaf göstəriciləri, söz yox ki, Ümummilli Lider Heydər Əliyev ideyalarının, ölkə Prezidenti İlham Əliyevin siyasətinin alternativsiz olduğunu göstərir: "Prezident İlham Əliyevin çoxşaxəli siyasəti Azərbaycanın sürətli inkişafının qarantıdır. Ayrı-ayrı sahələrə nəzər salsaq, görərik ki, həm iqtisadiyyatın inkişafında, həm yeni iş yerlərinin açılmasında, həm də abadlıq-quruculuq işlərində, bütövlükdə, xarici və daxili siyasətdə, cəmiyyətin bütün sahələrində uğurlu addımlar atılıb. Azərbaycan gələcəyə qəti addımlarla irəliləyir".

Çıxışçılar, bütövlükdə, Azərbaycan ictimaiyyətinin öz seçimlərini Cənab İlham Əliyevin lehinə edəcəklərinə əmin olduğunu bildiriblər. Sonra "ZİRVƏ" toplantısı tanınmış incəsənət nümayəndələrinin iştirakı ilə keçirilən konsert proqramı ilə davam etdirilib.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər