"JOXOVURD" QƏZETİ SERJ SARKİSYANIN İÇKİ DÜŞKÜNÜ OLDUĞUNU YAZIB
Ermənistanın "Joxovurd" nəşrinin verdiyi məlumata görə, Ermənistanın prezidenti Serj Sarkisyan administrasiyası erməni diasporasının ölkəyə ayırdığı pulları caxıra xərcləyir. "Bu yaxınlarda S.Sarkisyanın tapşırığı əsasında hökümət 1 milyon dram dəyərində konyak alıb. Dövlət başçısının administrasiyası "Nairi" firmasının istehsalı olan 153 konyak butulkasının hərəsi 18 min 600 dramdan, ümumi olaraq isə 985 milyon 800 dram dəyərində ödənilib" deyə qəzet qeyd edir.
Qəzetin iddiasına görə, şərab düşkünü olan Sarkisyan yalnız "Nairi" markasının konyakını içir. Hə, buradan da Serj Sarkisyanın nə üçün, Ermənistanı anormal formada idarə etdiyi məlum olar. Bununla yanaşı S.Sarkisyanın erməni icmasının pulunu nəyə xərclədiyi məlum olur. İndi məncə, S.Sarkisyanın erməni hakimiyyətini və erməni icmasının aqibətini Rusiyanın əlinə təslim verməsinin səbəbləri də aydın olur. Belə ki, Ermənistan dövlət başçısı dəyəri 3 min dollar olan "Nairi" konyakından içib, sərxoş halda bir dövləti axı necə idarə edə bilsin? İndi həm də Rusiya prezidenti Vladimir Putinin Sarkisyanı məhz içkiyə aludə olub o boyda dövləti nərd zəri kimi taxtada sınadığına görə, ələ salması da məlum olur.
Deməli, danışıqlara məhz "Nairi" konyakı ilə getmək lazımdır. Cünki Ermənistan prezidentinin, türk demişkən, kafası başqa cür çalışmır...
SARKİSYAN Aİ-NI BIRAXIB RUSİYADAN TUTDU, RUSİYA DA BÖHRANDAN YAPIŞDI
Ermənitanın "Lragir" nəşri onu da qeyd edir ki, Ermənistan Rusiyaya arxalandığı bir halda Rusiya iqtisadi böhran durumunu yaşayır. Görəsən, bu durumu görə-görə Serj Sarkisyan erməni icmasını onsuz da iqtisadi böhran yaşadığı bir halda, niyə Avropa birliyindən imtina elədi? Görünür, yenə də sözügedən içkinin burada böyük təsiri olub. Əks halda bu sığortasız hündürlükdən tullanmağa bənzəyir. Belə ki, ötən gün Rusiya Federasiyasının İqtisadi İnkişaf naziri Aleksey Ulyukaev bildirib ki, böhran Rusiyanın iqtisadi inkişafının ən pis düşmənidir və bu, artıq Rusiyanın astanasındadır. Daha bir neçə gün əvvəl isə, Rusiyanın keçmiş maliyyə naziri Aleksey Kudrin bildirib ki, Rusiyanın iqtisadiyyatı sıfır artım və mənfi investisiyalarla yaranan vəziyyət böhrana aparır. Qeyd edək ki, hazırda Rusiyanın iqtisadi inkişaf səviyyəsində durğunluq müşahidə edilir. Nəzərinizə çatdıraq ki, Rusiyanın İqtisadi İnkişaf naziri Ulyakov bildirib: "Böhran dəf edilə bilinəcək bir durumdur. Çünki bir ölkə böhran yaşayır və bu durumdan çıxa bilir. Lakin iqtisadi durğunluq dəyişilməyən və çox ağır və mürəkkəb bir durumdur".
ERMƏNİSTANIN XARİCİ İŞLƏR NAZİRİ HƏYƏCAN SİQNALI VERDİ
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan deyib: "Gücdən istifadə etmək, Qarabağ münaqişəsinin həllinə kömək etməyəcək. Lakin BMT Təhlükəsizlik Şurasının üzvü statusunu daşımasına baxmayaraq Azərbaycan misli görünməmiş həcmdə hücum silahlarını əldə etməklə həm regional, həm də beynəlxalq vəziyyəti təhdid edir".
Rusiyanın "Rosbalt" xəbər agentliyinin verdiyi məlumata əsasən, Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyan BMT Baş Assambleyasının sessiyasında çıxışı zamanı Azərbaycanın "misli görünməmiş miqdarda" hücum silahları əldə etməsindən narahatlığını bildirib. Nəşr qeyd edir ki, Nalbəndyan Azərbaycanın böyük miqdarda hücum silahları cəmləşdirməsinin yalnız regional deyil, beynəlxalq vəziyyəti də təhdid etdiyini bildirib və qeyd edir ki, Azərbaycan rəhbərliyi BMT tribunasından istifadə edərək, olduqca fəal müharibə təbliğatı aparır və hər gün anti-erməni əhval-ruhiyyəsini qızışdırdığını bildirib.
Erməni nazirin qorxu və təşviş içində olmasını da etiraf edib. E.Nalbandyan bilidirib: "Gücdən istifadə etmək, Qarabağ münaqişəsinin həllinə kömək etməyəcək. Lakin BMT Təhlükəsizlik Şurasının üzvü statusunu daşımasına baxmayaraq Azərbaycan misli görünməmiş həcmdə hücum silahlarını əlində cəmləşdirməklə yalnız regional vəziyyəti deyil, beynəlxalq vəziyyəti də təhdid edir". Bundan əvvəl BMT Baş Assambleyasında çıxışı zamanı Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov Ermənistanın indiki işğalçılıq siyasəti ilə heç bir uğur qazana bilməyəcəyini bəyan edib. E.Məmmədyarov isə öz növbəsində bildirib ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsi olub və belə də olacaq. Azərbaycan Xarici Işlər naziri münaqişənin həllinin yeganə yolunun Ermənistanın işğal etdiyi əraziləri geri qaytarması olduğunu vurğulayıb.
Bir sözlə, Ermənistan hakimiyyəti mövcud iqtisadi-sosial gərginlik içərisində olduğunu artıq dərk edib. Sarkisyan rejminin isə Ermənistanın aqibətinin yaxşıya doğru dəyişəcəyinə tamamilə ümüdi yoxdur.
Ülkər Musazadə