PDF Oxu

Siyasət

  • 7

Mübariz Qurbanlı: “Cəmil Həsənli öz platformasını hakimiyyəti təqhir etmək üzərində qurub”

Mübariz Qurbanlı: “Cəmil Həsənli öz platformasını hakimiyyəti təqhir etmək üzərində qurub”

"Prezidentliyə namizəd teledebatda çıxış edərkən seçki proqramından, qarşıda duran vəzifələrdən danışmalıdır. Namizəd Cəmil Həsənli isə əksinə öz platformasını hakimiyyəti təqhir etmək üzərində qurub. O, hakimiyyətin ünvanına şər, böhtan ataraq, qarayaxma kampaniyası apararaq özünə bəraət qazandırmağa çalışır. Bu mənada hesab edirəm ki, Azərbaycanda prezidentliyə namizədlərin debat zamanı təhqirə, şər-böhtana yol verməsi qəbuledilməzdir". Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib.YAP icra katibinin müavini bildirib ki, Cəmil Həsənli debatlarda müəyyən olunmuş etik qaydalarından kənar tezislər səsləndirir ki, bu da qarşıdurmaya gətirib çıxarır. Bu qarşıdurmanın olmaması üçün hər bir namizəd orada böyük təmkin və səbr nümayiş etdirməli və ayrılmış vaxtı yalnız seçki ilə əlaqədar məsələlərə həsr etməlidir. Azərbaycan cəmiyyətində formalaşmış, möhkəmləşmiş elektorat var. Artıq kimin kimə səs verəcəyi bəllidir".

sia.az

Digər xəbərlər