PDF Oxu

Siyasət

  • 11

Azərbaycanda bir neçə yarımmərkəz yaradılacaqdır

Azərbaycanda bir neçə yarımmərkəz yaradılacaqdır

"Böyük Bakının regional inkişaf sxemi" Bakı şəhəri ilə yanaşı, əlavə yarımmərkəzlərin yaradılmasını nəzərdə tutur. Həmin yarımmərkəzlər sənaye, mədəni və ticarət mərkəzlərindən ibarət olacaqdır.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən verilən məlumata görə, bu cür yarımmərkəzlər şəhərin tarixən formalaşmış tarixi-memarlıq mühitini qorunub saxlanması şərti ilə həyata keçiriləcəkdir.

Sənaye yarımmərkəzi olması nəzərdə tutulan texnoparklar Sumqayıt şəhərində, Balaxanı və Ələt qəsəbələrində yaradılacaqdır. Digər mədəni və ticarət yarımmərkəzlərindən biri metronun "Koroğlu" stansiyasının yanında, həmçinin Xırdalan qəsəbəsində olması planlaşdırılmışdır.

yap.org.az

Digər xəbərlər