ABŞ-ın "The Sacramento Bee" qəzetində "Odlar yurdundan tolerantlığın mərkəzinə doğru" sərlövhəli məqalə dərc olunmuşdur. Məqalədə Heydər Əliyev Fondunun dəstəyi ilə BMT Sivilizasiyalar Alyansının və Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Birləşmiş Millətlər Təşkilatında açılmış "Azərbaycan tolerantlıq ölkəsidir" fotosərgisindən bəhs edilmişdir. Sərgidə dünya şöhrətli jurnalist və fotoqraf Rza Deqqatinin fotoşəkilləri nümayiş etdirilmişdir. R.Deqqati bu fotoşəkillərdə dünyada tolerantlığın parlaq nümunəsi olan Azərbaycanın çoxmillətli və çoxkonfessiyalı həyatını əks etdirmişdir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərov sərginin açılışında çıxış edərək ölkədə yeni məscid, sinaqoq və kilsələrin inşa edilməsi təşəbbüsünə görə Azərbaycanın Prezidenti İlham Əliyevə və birinci xanımı Mehriban Əliyevaya minnətdarlığını bildirmişdir.
Qeyd edək ki, Rza Deqqati "National Geographic" jurnalının əməkdaşıdır.
yap.org.az