Sentyabrın 30-da Azərbaycan Respublikası Milli Məclisinin 2013-cü il payız sessiyası öz işinə başlamışdır.
Milli Məclisin sədri Oqtay Əsədov sessiyanın ilk iclasını açdıqdan sonra Azərbaycanın dövlət himni səsləndirilmişdir.
Sonra Milli Məclisin sədri payız sessiyasının başlanması münasibətilə deputatları təbrik etmiş, onlara qanunvericilik fəaliyyətində uğurlar arzulamışdır.
İclasda Milli Məclisin 2013-cü il payız sessiyasının qanunvericilik işləri planı müzakirə olunmuşdur.
Deputatlar qanunvericilik bazasının təkmilləşdirilməsi ilə bağlı rəy və təkliflərini bildirdikdən sonra işlər planı təsdiqlənmişdir.
Payız sessiyasının ilk iclasında 40-dan çox məsələnin müzakirəsi nəzərdə tutulmuşdur. Bunların içərisində bir sıra beynəlxalq sazişlər və müqavilələr vardır. İclasda bəzi qanunlara əlavələr və dəyişikliklər olunacaqdır.
yap.org.az