PDF Oxu

Siyasət

  • 15

BDU-da “Seçki hüququ” adlı seminar keçirilib

BDU-da “Seçki hüququ” adlı seminar keçirilib

Bakı Dövlət Üniversititeti Tələbə Həmkarlar İttifaqı Komitəsi Hüquq Klubu və "Güclü Gənclik" İctimai Birliyinin birgə təşkilatçılığı çərçivəsində 9 oktyabr prezident seçkilərinə həsr olunmuş "Seçki hüququ" adlı seminar keçirilib. SİA-nın məlumatına görə, çıxış edən "Güclü Gənclik" İctimai Birliyinin sədri Elvin İbrahimov seminarın aktuallığından və gənclərin seçki prosesində iştirakının vacibliyi və tədbrin keçirilməsinin əsas məqsədinin tələbələrin seçki hüququ üzrə biliklərinin artırılması, gənclərin seçki prosesində fəal iştirakı, onların hüquqi biliklərinin artırılmasında olduğunu vurğulayıb.Seminarın ekspert qonağı qismində Bakı Dövlət Universitetinin müəllimi , Hüquq fakültəsi Konstitusiya kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Sübhan Əliyev seçki prosesi və seçki hüququ ilə bağlı gəncləri düşündürən və aktual olan məsələlərdən danışaraq, dünyanın bir sıra ölkələrində seçkilərin keçirilmə prosesi ilə bağlı məlumatları və öz müşahidələrini seminar iştirakçılarının diqqətinə çatdırıb.Eyni zamanda gənclərə seçmək və seçilmək hüququndan istifadə etmənin mexanizmi, seçki hüququnun qanunvericilik aktlarında təsbiti haqqında daha ətraflı və təcrübi biliklər əsasında məlumat verilib.Seminarın sonunda iştirakçıların sualları Sübhan Əliyev gəncləri düşündürən sualları cavabladırıb.

sia.az

Digər xəbərlər