PDF Oxu

Siyasət

  • 13

Biləsuvarda təbliğat-təşviqat kampaniyası davam edir

Biləsuvarda təbliğat-təşviqat kampaniyası davam edir

Biləsuvar rayonunda Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Əliyevin təbliğat-təşviqat kampaniyası davam edir. SİA-nın məlumatına görə, kampaniya çərçivəsində rayonun Ovçubərə və Ağayrı kəndlərində seçicilərlə təbliğatçıların görüşü keçirilib.

Görüşdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru Mürtəzə Həsənov, Filologiya elmləri doktoru, professor, Azərbaycan Dövlət Universitetinin kafedra müdiri Fikrət Cahangirov iştirak ediblər.

Görüşü YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Mirzəyev açaraq ölkə Prezidenti cənab İlham Əliyevin son 10 ildə həyata keçirdiyi uğurlu daxili və xarici siyasətdən söhbət açıb.

Sosialyönümlü islahatların həyata keçirilməsinin Azərbaycan xalqının sosial rifah halının yaxşılaşmasına xidmət etdiyini deyən sədr qeyd edib ki, ölkə başçısının ən ümdə məqsədi neft kapitalını, insan kapitalına çevirməkdir: "Bütün bunlara əsaslanaraq, 9 oktyabrda keçiriləcək seçkilərdə həm Ovçubərə, həm də Ağayrı kəndinin seçicilərini birmənalı şəkildə Yeni Azərbaycan Partiyasının namizədi ölkə Prezidenti cənab İlham Əliyevə səs verməyə çağırıram".

Siyasi elmlər üzrə fəlsəfə doktoru Mürtəza Həsənov seçicilərlə görüşdə ölkə Prezidentinin güclü idarəçilik siyasətindən, ordu quruculuğu prosesindəki inkişafdan, son 10 ildə Azərbaycanın dünyaya və Avropaya geniş inteqrasiyasından danışıb və kənd seçicilərini xoşbəxt gələcəkləri naminə cənab İlham Əliyevə səs verməyə səsləyib.

Görüşdə Filologiya elmləri doktoru, professor Fikrət Cahangirov ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə elm, təhsil, mədəniyyət sahəsində həyata keçirilən uğurlu siyasətin bəhrələrindən söhbət açaraq seçiciləri 9 oktyabrda Prezident seçkilərində davamlı inkişaf naminə cənab İlham Əliyevə səs verməyə çağırıb.

Görüşdə Ovçubərə kənd sakini şəhid atası Təzəxan Talıbov, kənd tam orta məktəbinin direktoru Mənzurə Şahverənova, Ağayrı kənd sakini təqaüdçü Allahşükür Əliyev, kənd məktəbinin müəllimi Etibar Qurbanov kənd seçiciləri adından çıxış edərək bildiriblər ki, onlar bu seçkilərdə birmənalı şəkildə ölkə Prezidenti cənab İlham Əliyevə səs verəcəklər.

sia.az

Digər xəbərlər