Dünən Qusar şəhər İncəsənət Məktəbin akt zalında seçkilərin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə rayon seçki qərargahının üzvlərinin növbəti görüşü olmuşdur. Görüşdə YAP Qusar rayon təşkilatının seçki qərargahının üzvləri Nadirşah Şirinov, Zahir Mustafayev, Cavanşir Nurməmmədov və Neva Abdurəhmanova iştirak ediblər.
N.Şirinov 9 oktyabr 2013-cü il tarixində keçiriləcək prezident seçkisi ilə bağlı seçicilər qarşısında çıxış edərək, Cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın beynəlxalq arenada əldə etdiyi nailiyyətlərdən, ölkənin daxilində həyata keçirilən sosial yönümlü layihələrdən danışdı. Ulu Öndər Heydər Əliyevin "Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır" fikrini xatırladan natiq xalqı YAP-ın namizədi Cənab İlham Əliyevə səs verməyə çağırdı. Çünki bu seçim xalqın nurlu sabahı, növbəti uğurları və gələcək qələbələdir.
Z.Mustafayev görüşdə çıxış edərək, Azərbaycan qısa müddət ərzində dünya dövlətləri içərisində özünü söz sahiblərindən birinə çevirə bildi. Məhz bunun nəticəsidir ki, dünyanın aparıcı beynəlxalq təşkilatları Azərbaycan haqqında mötəbər hesabatlar açıqlayır, ölkəmizin yüksək templə olan inkişafına, əldə etdiyi uğurlarına heyranlıqlarını gizlətmirlər: "Regionun supergücünə çevrilən Azərbaycanın bölgədə həyata keçirdiyi dünyamiqyaslı layihələr və bu layihələrdən Ermənisatnın kənar saxlanılması məhz fenomenal bir dövlət başçısının atdığı addımlıarın nəticəsidir. Cənab İlham Əliyevin rəhblərliyi altında Azərbaycanın qədəm qoyduğu yeni əvəzolunmaz inkişaf relsi yüksələn xətlə inkişaf etməkdədir. Bu inkişaf xalqımızın gələcək xoşbəxtliyinin təminatıdır, xalqımızın düşmənlər üzərində qələbəsinin müjdəsidir".
Seçiciləri adından çıxış edən Zahuddin Ağabəyov, Fyodor Abasov və Baba Rzayev 9 oktyabr tarixdə keçiriləcək Azərbaycan Respublikası Prezident seçkilərində Yeni Azərbaycan Partiyasının layiqli namizədi İlham Əliyev Cənablarına səs verəcəklərini bildiriblər. Vurğulanıb ki, Cənab İlham Əliyevin göstərişi ilə qeyri-neft sektoruna göstərilən diqqət kəndli həyatına yeni nəfəs qatdı, insanlarımıza, kəndlilərimizə yeni imkanlar yaratdı. Seçicilər onu da qeyd ediblər ki, bugünkü uğurlarımızın və gələcək inkişafımızın səbəbkarına- Cənab İlham Əliyevə səs verəcəyik!
Samir