Azərbaycan Albaniyada keçirilən parlament seçkilərinin nəticələrini yüksək qiymətləndirir.Bu fikri Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasının ilk iş günündə Albaniyada keçirilən parlament seçkilərinin nəticələrinə dair müzakirələr zamanı ölkəmizin qurumdakı nümayəndə heyətinin sədri Səməd Seyidov səsləndirib: "AŞPA-nın sessiyasında Azərbaycan nümayəndə heyəti adından çıxış edərək Albaniyada keçirilən seçkilərin nəticələrini yüksək qiymətləndirdiyimizi bildirdim. Ümumiyyətlə, alban xalqı və dövləti ilə münasibətlərimiz getdikcə dərinləşir.Bu istiqamətdə həm dövlətimiz , həm də parlamentimiz eyni mövqedən çıxış edir. Çünki Albaniya bizə yaxın və dost ölkə olduğundan orada gedən proseslər bizim maraq dairəmizdədir.Əminəm ki, Azərbaycan-Albaniya münasibətləri daim yüksələn xətlə inkişaf edəcəkdir".
sia.az