PDF Oxu

Siyasət

  • 8

Tbilisidə Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar seçki məntəqəsi açılacaqdır

Tbilisidə Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar seçki məntəqəsi açılacaqdır

Gürcüstan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Tbilisi şəhərində oktyabrın 9-da keçiriləcək Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar seçki məntəqəsi açılacaqdır.

Seçki məntəqəsinin Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin yeni binasında (Tbilisi şəhəri, Qorqasali küçəsi, 9) yerləşəcəyi və səhər saat 8-dən axşam saat 19-dək Gürcüstanda olan Azərbaycan Respublikasının vətəndaşlarına xidmət edəcəyi bildirilir.

AzərTAc

Digər xəbərlər