PDF Oxu

Siyasət

  • 12

“ASAN xidmət” mərkəzlərində vakant dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı daxili müsahibə elan edilmişdir

“ASAN xidmət” mərkəzlərində vakant dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı daxili müsahibə elan edilmişdir

"ASAN xidmət" mərkəzlərində vakant dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı daxili müsahibə elan edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən AzərTAc-a bildirilmişdir ki, oktyabrın 14-dək davam edəcək müsahibədə agentliyin inzibati vəzifədə qulluq keçən və ixtisas dərəcəsinə malik olan əməkdaşları iştirak edə bilərlər. Daxili müsahibədə iştirak etmək istəyən dövlət qulluqçuları namizədliklərinin qeydə alınması üçün müvafiq sənədlərlə şəxsən və ya poçt vasitəsi ilə müraciət etməlidirlər.

Namizədin bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, işə zəruri olan şəxsi keyfiyyətləri yoxlanılmaqla müvafiq vəzifəyə uyğunluğu müəyyən edilir.

Müsahibədə ixtisas dərəcəsi, attestasiyanın nəticələri, müvafiq vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçirilməsi və ixtisasın artırılması da nəzərə alınır.

AzərTAc

Digər xəbərlər