PDF Oxu

Siyasət

  • 12

Bölgələrdə ilk dəfə səs verəcək gənclər maarifləndirilirlər

Bölgələrdə ilk dəfə səs verəcək gənclər maarifləndirilirlər

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının dəstəyi ilə "İrəli" İctimai Birliyi (İB) tərəfindən həyata keçirilən "Səs ver" kampaniyası çərçivəsində bölgələrdə təlimlərə başlanılmışdır.İB-nin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, kampaniya çərçivəsində ilk təlim İsmayıllı rayonunda keçirilmişdir. Növbəti təlim isə Qobustan rayonunda təşkil edilmişdir.

Təlimlərdə iştirak edən 200 gəncə seçki hüququ, seçki prosesi barədə ətraflı məlumat verilmiş və maarifləndirici kitablar paylanılmışdır. Kampaniyanın təlimçiləri tərəfindən xüsusilə ilk dəfə səs verəcək gənclərə səsvermə proseduru izah edilmişdir.

"Səs ver" kampaniyasının məqsədi qarşıdan gələn prezident seçkilərində ilk dəfə səs verəcək gənclərin maarifləndirilməsi və onların seçkilərdə fəal iştiraka həvəsləndirilməsidir.

AzərTAc

Digər xəbərlər