PDF Oxu

Siyasət

  • 9

Nizami Cəfərov: “Son 10 ildə görülən işlərin icmalını vermək çox çətindir”

Nizami Cəfərov: “Son 10 ildə görülən işlərin icmalını vermək çox çətindir”

"Prezident İlham Əliyevin son 10 ildə gördüyü işləri ölkəmizin inkişaf tarixində görülən işlərin zirvəsi kimi qiymətləndirmək olar". Bu sözləri SİA-ya Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, millət vəkili Nizami Cəfərov ölkə başçısının son 10 ildə mədəniyyət sahəsində gördüyü işlər haqqında danışarkən deyib. Onun sözlərinə görə, son 10 ildə ölkənin iqtisadiyyatında, sosial-siyasi həyatında, eləcə də mədəniyyətində çox böyük hadisələr baş verib: "Bu illər ərzində mədəniyyətin elə bir sahəsi yoxdur ki, dövlət başçısı o sahəyə diqqət etməsin. Bu gün Azərbaycanda bütün teatr, muzey və digər yaradıcılıq binaları təmir edilib. Sözügedən binalar istifadəçilərə dünya standartlarına uyğun şəkildə təhvil verilib. Azərbaycanda olduqca mükəmməl mədəni -siyasət yürüdülür. Prezident İlham Əliyevin mədəniyyət sahəsi ilə bağlı gördüyü işlər əvəzsizdir. Belə ki, onun uğurlu siyasəti nəticəsində, ölkəmizdə muğam və aşıq sənəti beynəlxalq səviyyəyə yüksəlib, YUNESCO-nun qorunan mədəni irsləri siyahısına daxil olub. Bundan əlavə, Azərbaycanın Qobustan, İçəri Şəhər kimi tarixi, eləcə də mənəvi-mədəniyyət abidələri yüksək səviyyədə qorunaraq inkişaf etdirilib".N. Cəfərov vurğulayıb ki, ölkədə mədəniyyətin inkişafı ilə bağlı bir sıra qanunlar qəbul olunub. O həmçinin bildirib ki, bu illər ərzində Azərbaycanda kino, teatr sənətinin, kitabxanaların inkişafı ilə bağlı çoxlu sayda layihələr həyata keçirilib: "Son 10 ildə görülən işlərin icmalını vermək çox çətindir. Ona görə də mən düşünürəm ki, bu illər ərzində ölkə başçısı tərəfindən istər mədəniyyət, istərsə də digər sahələrin inkişafı ilə bağlı görülən işlər bir tarixdir. Ölkədə elə bir inkişaf bazası yaradılıb ki, bundan sonra ancaq inkişafdan danışmaq olar".

sia.az

Digər xəbərlər