PDF Oxu

Siyasət

  • 5

Seçki bülletenlərinin DSK-lara təhvil verilmə prosesi davam edir

Seçki bülletenlərinin DSK-lara təhvil verilmə prosesi davam edir

Qabil Orucov: "Seçki bülletenlərinin DSK-lara təhvil verilmə prosesi iki günə yekunlaşacaq"

zərbaycan Respublikasının Seçki Məcəlləsinin 99-cu maddəsinin tələblərinə uyğun olaraq seçki bülletenlərinin Dairə Seçki Komissiyalarına (DSK) təhvil verilmə prosesi davam etdirilir. SİA-nın xəbərinə görə, prosesdə Mərkəzi Seçki Komissiyasının (MSK) səlahiyyətli nümayəndələri, DSK-nın sədrləri, yerli və beynəlxalq müşahidəçilər, KİV nümayəndələri və prosesin təhlükəsizliyini təmin etmək üçün hüquq-mühafizə orqanlarının nümayəndələri iştirak edirlər.MSK-nın üzvü Qabil Orucov bildirib ki, seçki bülletenlərinin DSK-lara təhvil verilmə prosesi sentyabr 30-da başlanılıb və iki gün müddətində başa çatacaq: "Seçki Məcəlləsinin tələbinə uyğun olaraq seçkilərə ən azı 35 gün qalmışa qədər MSK tərəfindən mövcud seçki bülletenlərinin tərtib qaydalarının formaları, mətnləri müəyyən edilir və səsvermə gününə ən azı 10 gün qalmış müddətədək seçki bülletenləri çap olunur. Daha sonra seçki bülletenləri səsvermə gününə ən azı 5 gün qalmışa qədər DSK-lara təhvil verilir. MSK seçki qanunvericiliyinin tələblərinə uyğun olaraq prosesi həyata keçirir".Q.Orucov qeyd edib ki, indiyə qədər prosesdə heç bir neqativ hal baş verməyib: "Seçki Məcəlləsinin 40.2 və 40.4 maddələrinə əsasən namizədlərin, onların səlahiyyətli nümayəndələrinin, müşahidəçilərin, KİV nümayəndələrinin bu prosesdə iştirak etmək hüququ var və seçkinin bu mərhələsi də seçki qanunvericiliyinin tələblərinə uyğun olaraq həyata keçirilir".Qeyd edək ki, MSK tərəfindən Milli Məclisin mətbəəsində 5 milyon 149 min 255 ədəd seçki bülleteni çap etdirilib.Xatırladaq ki, Azərbaycanda prezident seçkiləri oktyabr 9-da keçiriləcək.

sia.az

Digər xəbərlər