PDF Oxu

Siyasət

  • 11

Cəbrayılıllar "İlhamla İrəli" deyir

Cəbrayılıllar "İlhamla İrəli" deyir

Yeni Azərbaycan Partiyası Cəbrayıl rayon təşkilatı cəbrayıllı seçicilərlə silsilə görüşlər keçirir. SİA-nın məlumatına görə, növbəti görüş bu gün Yasamal rayonu ərazisində məcburi köçkünlər üçün inşa edilmiş Soltanlı kənd orta məktəbində keçirilib. Cəbrayıl rayonundan olan YAP fəalları və rayon ictimaiyyətinin iştirakı ilə görüş keçirilib. Tədbiri giriş sözü ilə YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev açıb.Tədbirdə Azərbaycan Texniki Universitetinin kafedra müdiri, millət vəkili Astan Şahverdiyev, Azərbaycan Uşaq Cərrahları Assossiasiyasının sədri, Əməkdar həkim Çingiz Quliyev, texnika elmləri doktoru, Bakı Ali Neft Məktəbinin prorektoru Ramiz Hümbətov və Cəbrayıl rayon Ağsaqqallar Şurasının sədri Vaqif Məhərrəmov iştirak ediblər.Seçicilərdən Səxavət Məmmədov, Müşviq Səfərov, Soltanlı kənd orta məktəbinin müəlliməsi Nətavan Quliyeva çıxış edərək bütün cəbrayıllıları 9 oktyabr Prezident seçkilərində Yeni Azərbaycan partiyasının namizədi İlham Əliyevə səs verməyə çağırıblar.

sia.az

Digər xəbərlər