Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı partiyanın prezidentliyə namizədi Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonda fəaliyyət göstərən ictimai təşkilatların nümayəndələri ilə növbəti görüş keçirib.Tədbiri giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov bildirib ki, 9 oktyabr prezident seçkilərinə az bir müddət qalıb: "Bugünkü tədbirdə 90-cı illərin əvvəllərində Azəbaycanda yaşanan hadisələri görən, bu hadisələrin canlı şahidi olmuş şəxslər, o cümlədən Qarabağ, Əfqanıstan müharibəsi veteranları və bu şəxsləri öz sıralarında birləşdirən ictimai təşkilatların nümayəndələri iştirak edirlər. Bu şəxslərin bir çoxları Azərbaycanın müstəqilliyi uğrunda, Qarabağ müharibəsində öz sağlamlığını itirib. Bir çoxları Əfqanıstan müharibəsində, Çernobıl faciəsinin nəticələrinin ləğv olunmasında bilavasitə iştirak edib. Onlar Ümummilli Lider Heydər Əliyevin ölkəni necə xilas etməsinin də şahidləridirlər".Ölkədə gedən sosial-iqtisadi proseslərə toxunan sədr qeyd edib ki, bu gün Prezident İlham Əliyev tərəfindən ictimai həyatın bütün sahələrini əhatə edən kompleks quruculuq işləri görülür. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun davamçısı olan İlham Əliyev son 10 ildə Azərbaycanı regional liderə çevirib, ən böyük enerji layihələri reallaşıb. Şərq-Qərb, Şimal-Cənub dəhlizində yerləşən, mürəkkəb geosiyasi mövqeyə malik olan ölkəmiz aparılan siyasət nəticəsində hər gün inkişaf edir. Azərbaycan məhz İlham Əliyevin apardığı məqsədyönlü xarici siyasətin nəticəsində BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlərindən biri seçilib. Son 10 ildə dövlət büdcəsi dəfələrlə artıb. Səhiyyəyə, elmə dövlət tərəfindən vəsaitlər ayrılıb. Böyük layihələr həyata keçirilir".YAP Binəqədi rayon təşkilatının sədri çıxışının sonunda hər kəsi prezident seçkilərində aktiv olmağa və İlham Əliyevə səs verməyə çağırıb.Sonra çıxış edən Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimov bildirib ki, 1993-cü ildə Heydər Əliyev Azərbaycanın müstəqilliyini xilas edib. Sonrakı dövrlərdə müstəqilliyi daha da inkişaf etdirən isə İlham Əliyev oldu: "Azərbaycan tarixində hələ elə bir hal olmayıb ki, ölkəmiz BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilsin. Gənc bir ölkənin bu uğurlu addımı Prezident İlham Əliyevin düzgün xarici siyasətinin nəticəsidir. Enerji təhlükəsizliyi məsələlərinə xüsusi diqqət yetirən İlham Əliyev ölkənin enerji təhlükəsizliyini təmin etdi və ölkənin müstəqilliyini daha da gücləndirdi".Çıxışının sonunda Eldar İbrahimov tədbir iştirakçılarını uğurlu gələcəyimiz olan Cənab İlham Əliyevə səs verməyə çağırıb.Tədbirdə iştirak edən Milli Məclisin deputatı Madar Musayev seçkidə iştirakın vacibliyini qeyd edərək, son 10 ildə qazanılmış nailiyyətlərdən söz açıb: "Azərbaycanda aparılan məqsədyönlü xarici və daxili siyasət nəticəsində dövlətimiz gündən-günə inkişaf edir. Hər kəsi seçki hüququndan istifadə etməyə və səsvermə günü vicdanlı seçim etməyə çağırıram. Ölkənin davamlı inkişafını istəyən hər bir şəxsin seçimi İlham Əliyev olmalıdır".Sonra tədbirdə iştirak edən ictimai təşkilatların nümayəndələri çıxış edərək qeyd ediblər ki, 9 oktyabr prezident seçkilərində onların bir namizədi var və o da Cənab İlham Əliyevdir. Çıxış edənlər hər kəsi seçkidə iştirak etməyə və İlham Əliyevə səs verməyə çağırıblar.
sia.az