Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi daha artıq beynəlxalq diqqət tələb edir.
Trend-in məlumatına görə, bunu NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay Beynəlxalq Böhran Qrupunun (International Crisis Group) Dağlıq Qarabağ münaqişəsinə dair verdiyi hesabata öz "Facebook" səhifəsində münasibət bildirərkən qeyd edib. Appaturay bildirib: "Bu məsələ daha artıq beynəlxalq diqqət və münaqişənin həlli daha çox dəstək tələb edir".
NATO rəsmisinin sözlərinə görə, əgər bu münaqişə dondurularsa, onun nəticələri regiondan kənarda da hiss oluna bilər.
yap.org.az