Azərbaycanın turizm şirkətləri Prezident İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyən bəyanatla çıxış ediblər.
Trend-in məlumatına görə, Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov çərşənbə axşamı keçirilən tədbirin açılışında bildirib ki, son 10 ildə Azərbaycanda turizmin inkişafı üçün lazım olan bütün infrastruktur yaradılıb: "Ölkədəki inkişafı ilk növbədə biz turizm şirkətləri öz fəaliyyətimizdə hiss edirik".
Assosiasiya sədri bildirb ki, Prezident İlham Əliyevin səyi nəticəsində ölkədə kiçik və orta sahibkarların fəaliyyəti üçün münbit şərait yaradılıb, bunun da məntiqi nəticəsi kimi Azərbaycanın hər regionunda turizm üçün istirahət obyektləri tikilib: "Azərbaycan artıq dünya turizm aləmində özünü təsdiq edib".
yap.org.az