PDF Oxu

Siyasət

  • 19

Siyavuş Novruzov: Müxalifətçilər uydurma iddialarla çıxış edirlər

Siyavuş Novruzov: Müxalifətçilər uydurma iddialarla çıxış edirlər

Azərbaycan cəmiyyəti korrupsiya, rüşvətxorluq və digər neqativ hallarla mübarizənin gücləndirildiyini, artıq ortada ciddi nəticələr olduğunu görür, bunu təqdir edir və dağıdıcı müxalifətin iddialarını rədd edir.

Bunu Trend-ə açıqlamasında OECD-nin (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsi çərçivəsində Azərbaycana dair qəbul edilmiş hesabatla bağlı mövqeyini bildirən YAP-ın icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib. Millət vəkili qeyd edib ki, Azərbaycan dövləti, Prezidenti və hökuməti korrupsiya qarşı ciddi şəkildə mübarizə aparır. Bu isə beynəlxalq təşkilatların diqqətindən kənarda qala bilməzdi:

YAP sözçüsü onu da əlavə edib ki, ölkədə korrupsiya əleyhinə görülən bu müsbət işləri görə bilməyən müxalif qüvvələr də var. Xüsusən də Milli Şurada təmsil olunan müxalifətçilər uydurma iddialarla çıxış edirlər: "Yalnız dağıdıcı müxalifət, onun formalaşdırdığı Milli Şura adlanan qurum tam inkarçılıq mövqeyi tutaraq bunun əksini iddia etməyə çalışır. "Milli Şurada təmsil olunan müxalifət özünün siyasi iddialarına uyğun olaraq hakimiyyəti qaralamaq üçün nə uydurmaq mümkündürsə, onu da dilinə gətirir, hansı qaranlıq mənbəyə istinad etmək mümkündürsə, ora da baş vurur. Ona görə də korrupsiya ilə bağlı fantastik rəqəmlər səsləndirir, heç kimin tanımadığı mənbələrin qondarma "araşdırmaları"nı əlində bayraq edir".

yap.org.az

Digər xəbərlər