PDF Oxu

Siyasət

  • 20

Azərbaycan vətəndaşları İlham Əliyevə alternativ görmürlər, bunu onun opponentləri də etiraf etməyə məcburdurlar

Azərbaycan vətəndaşları İlham Əliyevə alternativ görmürlər, bunu onun opponentləri də etiraf etməyə məcburdurlar

Azərbaycan vətəndaşları İlham Əliyevə alternativ görmürlər və bunu onun opponentləri də etiraf etməyə məcburdurlar. Bu fikirləri Ukrayna Praktiki Siyasət İnstitutunun Vətəndaş Cəmiyyəti Problemlərinin Tədqiqi Mərkəzinin "Azərbaycan: sistemli modernləşmə və siyasi seçim" adlı analitik məruzəsinin müəllifləri belə hesab edirlər.

Məruzədə bildirilir ki, Azərbaycan prezident seçkiləri mərhələsinə qədəm qoyur: "2003 və 2008-ci illərdəki prezident seçkilərindən fərqli olaraq, indiki seçkilər "günün qaydası", yəni ölkənin transformasiyasının müəyyənləşdirilməsidir. Azərbaycan keyfiyyətcə yeni mərhələyə keçid dövrünü başa vurur. Burada demokratik islahatlar dönməzdir, siyasi sistemin təkamülü isə ölkə qarşısında dayanan ümumi çağırışlara daha adekvat cavabdır. Bununla əlaqədar olaraq, Azərbaycanda siyasi mühitin "sınaq" ölçülərini və vəziyyətin inkişaf istiqamətlərini müəyyənləşdirmək vacibdir".

Azərbaycanda qarşıdakı prezident seçkiləri mövzusuna toxunan məruzə müəllifləri yazırlar ki, İlham Əliyevin 3-cü prezidentlik müddətinə iddia etməsinə baxmayaraq, ekspertlərin əksəriyyəti keçmiş sovet məkanı üçün ənənəvi olan "seçki yorğunluğu" sindromunu qeyd etmirlər: "Azərbaycan vətəndaşları İlham Əliyevə alternativ görmürlər və bunu onun opponentləri də etiraf etməyə məcburdurlar".

Mərkəzin məruzəsində deyilir: "Müxalifət yaxşı dərk edir ki, onun zəifliyi "köhnə" liderlərdə və partiya funksionerləri arasında yeni simaların olmamasındadır. Yeni kadrların cəlb edilməsi təkcə Azərbaycanın indiki siyasi sistemində partiyaların rolunun azalması ilə deyil, həm də müxalif partiyaların öz liderlərinin iddiaları əsasında "tumurcuqlama" yolu ilə "bölünmə"yə davam etməsi ilə zəifləyib. Azərbaycan müxalifətinin kiçik partiyalılığı onların liderlərinin siyasi prosesdə öz yerlərini həddən artıq qiymətləndirməsinin nəticəsidir".

yap.org.az

Digər xəbərlər