PDF Oxu

Siyasət

  • 7

1 Oktyabr Beynəlxalq Ahıllar Günü Suraxanı rayonunda qeyd olundu

1 Oktyabr Beynəlxalq Ahıllar Günü Suraxanı rayonunda qeyd olundu

İlqar Abbasov: "Suraxanı rayonunda yaşayan 70 yaşından yuxarı 6510 nəfər dövlət tərəfindən təqaüdlə təmin olunub və əksəriyyəti ailələrdə yaşayırlar"

Dünən 1 Oktyabr Beynəlxalq Ahıllar Günü münasibətilə Suraxanı rayonunda tədbir keçirildi. Rayonda yaşayan yaşlı insanlar üçün Bülbülə qəsəbəsində yerləşən "Bülbülə" şadlıq evində təşkil edilən mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov qeyd etdi ki, BMT-nin Baş Məclisi 1992-ci ildə ahılların müdafiəsi ilə bağlı qətnamə qəbul etmiş və həmin qətnamənin prinsiplərinə uyğun olaraq hər il oktyabr ayının 1-i bütün dünyada Beynəlxalq Ahıllar Günü kimi qeyd olunur.

O bildirdi ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev 22 iyun 2001-ci il tarixində "Ahıllara sosial xidmət haqqında" Azərbaycan Respublikasının Qanununu imzalamışdır: "Qanuna əsasən, ölkədə 70 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşları ahıl hesab olunur. Dövlətimiz ahıllara həmişə xüsusi diqqət və qayğı göstərir. Hər il Beynəlxalq Ahıllar Günü, ölkəmizin hər yerində olduğu kimi, Suraxanı rayonunda da yüksək səviyyədə qeyd olunur. Respublikamızda qəbul edilmiş "Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı"na uyğun olaraq, Suraxanı rayonunda bu istiqamətdə müvafiq işlər görülür".

İ.Abbasov Suraxanı rayonunda 70 yaşından yuxarı 6510 nəfərin yaşadığını bildirdi: "Onların hamısı dövlət tərəfindən təqaüdlə təmin olunmuş və əksəriyyəti ailələrdə yaşayırlar. Rayonda yaşayan tənha və başqasının köməyinə ehtiyacı olan ahıl insanlara evdə qulluq həyata keçirilir. Rayonda 272 nəfər kimsəsiz ahıl yaşayır.70 yaşdan yuxarı olan bu insanların 217 nəfəri qadın və 55 nəfəri kişidir. Ahıl insanlar rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən qeydiyyata alınmışdır. Onlara xidmət olunur və həyat tərzinə daim nəzarət edilir. Qəsəbələrdə yerləşən poliknikalar və xəstəxanalarda həkimlər tərəfindən ahıl vətəndaşların sağlamlığı nəzarətdə saxlanılır, onların dispaserizasiyasına xüsusi diqqət göstərilir". Ahılların asudə vaxtlarının səmərəli keçirilməsi üçün rayon ərazisində yerləşən parklarda, mədəniyyət ocaqlarında xüsusi guşələr yaradıldığını bildirən rayon icra başçısı veteranlar evilərinin tikilib istifadəyə verildiyini də vurğuladı.

Yaşlı nəsilin problemləri rayon icra hakimiyyətinin diqqət mərkəzində saxlanılır. Problemlərin həllinə rayonda fəaliyyət göstərən ictimai birlik və cəmiyyətlər cəlb olunurlar. Azərbaycan "Qızıl Aypara" Cəmiyyətinin rayon bölməsi, rayon veteranlar şurası və rayon ağsaqqallar şurası fəallıqları ilə fərqlənirlər.

Tədbirdə Suraxanı rayon ağsaqqallar şurasının sədri Arif Babayev, Suraxanı rayon sosial-müdafiə mərkəzinin direktoru Təvəkkül Mirzəyev, Böyük Vətən müharibəsi iştirakçıları, rayon ictimaiyyətinin nümayəndələri və ahılllar çıxış edərək bu zümrədən olan insanlarin sosial müdafiəsinin gücləndirilməsi və hüquqlarının təmin edilməsi sahəsində həyata keçirilən tədbirlər barədə danışıb, diqqət və qayğıya görə Azərbaycan dövlətinə öz dərin təşəkkürlərini bildirdilər.

Tədbirdə Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayının bədii kollektivi maraqlı konsert proqramı ilə çıxış etdi.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər