Kürdəmir rayonunda Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası davam edir. SİA-nın məlumatına görə, kampaniya çərçivəsində bu gün seçicilərlə görüş keçirilib.Görüşdə YAP-ın rayon təşkilatı üzrə təbliğat qrupunun üzvləri iştirak ediblər. Seçicilərlə görüşdə təbliğat qrupunun üzvü, rayon Ziyalılar Cəmiyyətinin sədri Sabir Novruzov çıxış edərək seçiciləri 9 oktyabrda seçki məntəqələrinə gələrək İlham Əliyevə səs verməyə çağırıb. O, çıxışında 10 il ərzində İlham Əliyevin rəhbərliyi altında əldə olunan nailiyyətlərdən, Azərbaycanda, eləcə də Kürdəmirdə görülən abadlıq-quruculuq işlərindən danışıb.Çıxış edən təbliğat qrupunun üzvləri Xəqani Qurbanov, Yaqut Əşrəfova, Namiq Tarverdiyev və digərləri ölkəmizdə gedən dinamik inkişafdan söz açıblar: "Övladlarımızın işıqlı sabahları, nurlu və sağlam gələcəkləri yalnız İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində mümkündür. Buna görə də hər birimiz İlham Əliyevə səs verəcəyik".
siaşaz