"MQF Seçki Koalisiyası" seçki maarifçiliyi, əhalinin seçki fəallığının artırılması, seçki hüququ ilə bağlı növbəti tədbirlər Bakının Binəqədi və Nizami rayonlarında təşkil edilib. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, seçki müşahidəçilərinin, siyasi partiyaların, bələdiyyələrin, QHT nümayəndələrinin iştirak etdiyi tədbirdə ekspertlər seçki qanunvericiliyi, seçici hüquqları, seçki prosesində vətəndaş cəmiyyəti institutlarının iştirakı mexanizmi mövzusunda çıxışlar edib, ayrı-ayrı təbəqədən olan şəxslərin suallarını cavablandırıb, onlarla fərdi söhbətlər aparıblar. Xüsusilə ilk dəfə seçkidə iştirak edəcək gənclər üçün belə maarifçilik fəaliyyətinin zəruri olduğu qeyd olunub.Sonda "MQF Seçki Koalisiyası" seçiciləri 9 oktyabr Prezident seçkilərində fəal iştirak etməyə çağırıb.Qeyd edək ki, "2013-cü ildə Azərbaycan Respublikasında keçiriləcək Prezident seçkiləri ilə bağlı regionlarda və Bakı şəhərində əhalinin maarifləndirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi" layihəsi AR Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Milli QHT Forumu "MQF Seçki koalisiyası" tərəfindən icra edilir.
siaşaz