PDF Oxu

Siyasət

  • 11

Zərdablıların seçimi bəllidir

Zərdablıların seçimi bəllidir

Onlar YAP-ın namizədinə səs verəcəklər

Azərbaycanın bütün bölgələrində Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası fəal şəkildə uğurla davam edir. Bu kampaniya Zərdabda da uğurla aparılır. Dünən YAP-ın namizədi Cənab İlham Əliyevin Zərdab rayonu üzrə təbliğat qrupunun üzvlərinin rayonun Məlikumudlu və Birinci Alıcanlı, İkinci Alıcanlı, Cilovxanlı kəndlərində seçicilərlə növbəti görüşləri keçirilib.

Tədbiri giriş sözü ilə açan YAP Zərdab rayon təşkilatının sədri Pərvin Mahmudova qeyd etdi ki, ölkəmizin sürətli inkişafı Prezidentimizin parlaq siyasəti ilə bağlıdır: "Cənab İlham Əliyevin 10 illik fəaliyyəti dövründə Azərbaycan hərtərəfli inkişafa, daxili sabitliyə, kosmik sənayeyə, insanlar üçün firavan həyata, işsizliyin və yoxsulluğun aradan qaldırılmasına nail olmuşdur. Bu uğurlar Azərbaycan Prezidentinin dövlətçilik bacarığının və rəhbərlik qabiliyyətinin nəticəsidir. Bizlər bu siyasətin davamını istəyirik. Buna görə də seçki günü YAP-ın namizədinə səs verəcəyik".

Daha sonra seçicilər qarşısında çıxışı zamanı YAP Zərdab rayon qadınlar şurasının sədri Minəgül Əliyeva qeyd edib ki, Azərbaycan qadınlarına göstərilən diqqət və qayğı yüksək səviyyədədir: "Ulu Öndər Heydər Əliyev və ümumən dövlətimizin qadınlarla bağlı yürütdüyü siyasət bu sahədə Azərbaycanı öncül dövlətlər sırasına gətirib. Tarixi həqiqətdir ki, bütün dövrlərdə Azərbaycanda qadına münasibət həmişə yüksək olub. Qadın anadır, həyat yoldaşıdır və həm də bəşəriyyətin yarıdan çoxunu təşkil edən varlıqdır. Bu gün Azərbaycan qadınları müstəqil respublikamızın ictimai-siyasi həyatının bütün sahələrində əzmlə çalışır. Əminliklə deyirəm ki, qadınlarımız 9 oktyabrda keçiriləcək növbəti prezident seçkilərində də fəallıq nümayiş etdirəcək və Cənab İlham Əliyevə səs verəcək".

Qeyd edək ki, görüşdə əməkdar müəllimə Sara Sultanova, YAP Zərdab rayon gənclər birliyinin fəal üzvü İlkin Əliyev, Şəhər 2 saylı körpələr evi - uşaq bağçasının müdüri Vüsalə Kərimova, rayon Suvarma Sistemləri İdarəsinin mühəndisi Ziyad Xancanov çıxış ediblər.

Seçicilər də çıxış edərək bildiriblər ki, 9 oktyabrda seçki məntəqələrinə gedərək YAP-ın namiədinə səs verəcəklər.

İntizarə Məmmədova

Digər xəbərlər