PDF Oxu

Siyasət

  • 8

Hüquqşünasların dəyirmi masası keçirilib

Hüquqşünasların dəyirmi masası keçirilib

Azərbaycan Risk Peşəkarları Assosiasiyasının təşəbbüsü və təşkilatçılığı ilə ölkənin aparıcı banklarının hüquq menecerlərinin və mütəxəssislərinin toplantısı keçirilib. "AtaHolding"dən SİA-ya verilən məlumata görə, toplantıya Azərbaycan Respublikası Mərkəzi Bankının Hüquq Departamentinin direktoru, Azərbaycan Respublikasının əməkdar hüquqşünası Rəna Məlikova, "AtaHolding" ASC Hüquq Departamentin direktoru Qorxmaz Ağayev də qatılıblar. Toplantının gündəliyinin əsasını bankların üzləşdiyi əhəmiyyətli hüquqi risklərin və problemlərin müzakirəsi və onların həlli yollarının tapılması, banklarda hüquq işinin risk idarəetməsi konsepsiya əsasında yenidən baxılması mövzuları təşkil edib.Toplantıda bank sektorunun hüquqşünaslarını maraqlandıran mövzular ətrafında müzakirələr aparılıb. Mərkəzi Bankın və bankların müzakirə edilən mövzularla bağlı mövqeləri səsləndirilib, hüquqi məsələlərlə bağlı yaranan sualları cavablandırılaraq təkliflər dinlənilib.

Banklarda hüquqi auditin və hüquq işinin idarəetmə standartlarının müəyyən olunması və bu məsələlərin qanunvericilik səviyyəsində təsbit olunması zəruriliyi vurğulanıb.Azərbaycan Respublikası Mərkəzi Bankının Hüquq Departamentinin direktoru Rəna Məlikova müzakirə edilən məsələlərin həllində öz səlahiyyətləri daxilində yardımçı olacağını və bankları narahat edən məsələləri aidiyyatı instansiyalara çatdıracağını bildirib.

Yekunda belə toplantıların, hüquq sahəsində problemlərin vaxtında ortaya çıxarılması və həllində vahid yanaşma və təcrübə mübadiləsi baxımından vacibliyi qeyd olunub.Qeyd edək ki, növbəti dəyirmi masanın keçirilməsi bu ilin dekabr ayına təsadüf edəcək.

sia.az

Digər xəbərlər