PDF Oxu

Siyasət

  • 13

Azərbaycan Respublikasının Təbriz şəhərindəki baş konsulluğunda yaradılmış seçki məntəqəsi səsverməyə tam hazırdır

Azərbaycan Respublikasının Təbriz şəhərindəki baş konsulluğunda yaradılmış seçki məntəqəsi səsverməyə tam hazırdır

Oktyabrın 9-da ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar İran İslam Respublikasında daimi və ya müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarının səsverməsini təmin etmək məqsədilə Azərbaycanın Təbriz şəhərindəki baş konsulluğunda yaradılmış seçki məntəqəsində seçkilərə hazırlıq işləri başa çatdırılmaq üzrədir.

Baş konsulluqda səsvermənin azad, ədalətli və şəffaf keçirilməsi üçün lazımi şərait yaradılmış, seçki məntəqəsi səsvermə üçün zəruri olan seçki materialları və avadanlıqla təchiz olunmuş, seçici siyahısı dəqiqləşdirilmişdir.

İran İslam Respublikasının Təbriz şəhərində Azərbaycan Respublikası baş konsulluğunun dairəsində daimi yaşayan, hazırda konsulluq qeydiyyatında olan və seçki məntəqəsində siyahıya alınmış seçicilərin sayı 88 nəfər təşkil edir.

Həmçinin Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə bağlı baş konsulluğun konsulluq dairəsində daimi və ya müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarının məlumatlandırılmasını və seçkidə iştirakını təmin etmək üçün Təbriz şəhərində nəşr olunan çoxtirajlı "Ərk" qəzetində baş konsulluqda seçki məntəqəsinin yaradıldığı, seçkinin keçirilmə tarixi, seçki məntəqəsinin ünvanı və əlaqə telefonları barədə elan dərc edilmiş, eləcə də ünvanlara bildirişlər çatdırılmışdır.

AzərTAc

Digər xəbərlər