PDF Oxu

Siyasət

  • 11

Vilnüsdə “Şərq tərəfdaşlığı” dövlətləri ilə elm sahəsində əməkdaşlıq məsələləri müzakirə edilir

Vilnüsdə “Şərq tərəfdaşlığı” dövlətləri ilə elm sahəsində əməkdaşlıq məsələləri müzakirə edilir

Vilnüsdə "Elmi araşdırmalar, eksperimental inkişaf və innovasiyalar sahəsində Avropa beynəlxalq əməkdaşlığının və Şərq tərəfdaşlığının möhkəmlənməsi" mövzusunda konfrans keçirilir. Konfransda Şərq tərəfdaşlığı dövlətləri ilə elm sahəsində əməkdaşlıq məsələsi müzakirə olunur.

Sentyabrın 30-da və oktyabrın 1-də Vilnüs universitetində keçirilən konfransda Şərq tərəfdaşlığı dövlətlərinə - Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ukrayna və Ermənistana xüsusi diqqət yetirilməklə, elmi araşdırmalar, eksperimental inkişaf və innovasiyalar sahələrində beynəlxalq əməkdaşlığın gələcək meyilləri təhlil edilir.

Konfransda sağlam qida, səmərəli energetika, ətraf mühit və iqlim dəyişmələri kimi sahələrdə elmi araşdırmalar zamanı yaranan problemlər müzakirə edilir. Burada həmçinin, mövcud səlahiyyətlərin elm ilə biznesin əməkdaşlığını inkişaf etdirmək imkanlarının üstünlüklərinə və təkmilləşdirilməsinə təminat məsələləri təhlil olunur.

Tədbir iştirakçıları əməkdaşlığın inkişafında müsbət təcrübə mübadiləsi aparmış, qonşuluq siyasətinin həyata keçirilməsi imkanlarını müəyyən edən vasitələr, ümumi maraqlar və gələcəyin perspektivləri göstərilmişdir.

Konfransda bəyannamə qəbul ediləcəkdir.

AzərTAc

Digər xəbərlər