Yeni inşa olunan Gəmiqayırma zavodu üçün artıq sifarişlər vardır.
Bu sözləri Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev jurnalistlərə müsahibəsində bildirmişdir.
O qeyd etmişdir ki, zavodda əsasən ARDNŞ və bp-nin sifarişləri üstünlük təşkil edir. Bu gəmilərdən "Şahdəniz" və "Azəri-Çıraq-Günəşli" layihələrində istifadə olunacaqdır.
Bundan əlavə, Fövqəladə Hallar Nazirliyi üçün də gəmilərin layihələri hazırlanır. Bu ilin sonu - gələn ilin əvvəlində bu layihələr tamamlanacaqdır. Gələn ildən gəmilərin inşasına başlamaq niyyətindəyik.
yap.org.az